Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    3-cü Ümumdünya Xaricdə Yaşayan Rusiya Soydaşları Konqresi qarşısında
    Çap versiyası | Baxılıb 590

    соотечественники азербайджан2009-cu il oktyabrın 17-də «Gənc rusiyalı soydaşların yaşadıqları ölkəyə - Azərbaycana inteqrasiyası» adlı konfrans keçirilib.

    Konfransı Rusiyanın Azərbaycandakı səfirliyi və «Rossotrudniçestvo»nun Bakıdakı nümayəndəliyinin dəstəyi ilə «Sodrujestvo» Azərbaycan Xalqları Həmrəyliyi Respublika Cəmiyyəti və «Sodrujestvo»nun Gənclər Hərəkatı təşkil edib.

    Gənclərin konfransında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri V. D. Doroxin, səfirliyin və «Rossotrudniçestvo»nun diplomatları, Azərbaycanda fəaliyyət göstərən Rusiya soydaşları gənclər təşkilatlarının nümayəndələri, Bakı, Sumqayıt və ölkənin digər regionlarının ali təhsil ocaqlarının tələbələri, orta məktəb və gimnaziyaların yuxarı sinif şagirdləri, «Sodrujestvo» ədəbi birliyi və KİV nümayəndələri iştirak ediblər.

    Konfransı keçirməkdə məqsəd gənc soydaşların problemlərini müzakirə etmək, yaşadıqları ölkədə gənclərin inteqrasiya olunması, Azərbaycanın gənclər qurumları ilə Rusiyanın regionları arasında mədəni, təhsil, informasiya sahələrində sıx əməkdaşlıq yaratmaq, təcrübə mübadiləsi aparmaqdır.

    Tədbir iştirakçıları Azərbaycanda millətlərarası ünsiyyət dili kimi rus dilinin qorunması və istifadə edilməsi məsələsinə, Azərbaycan və Rusiya xalqlarının ədəbiyyatı və incəsənətinin, mədəni-tarixi irsinin təbliğinə xüsusi diqqət ayırıblar.

    «Sodrujestvo» gənclər birliyi gənclərin hüquq və maraqlarının qorunması, etnomədəni məkanın qorunması, Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlığın möhkəmlənməsi, millətlərarası birliyin inkişafı, iki ölkə arasında dost və qonşuluq əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə edib.соотечественники азербайджан дорохин

    Konfrans iştirakçıları gənc soydaşların Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyi ilə bağlı tədbirlərdə iştirakının vacibliyini vurğulayıb, faşizmin darmadağın edilməsində göstərilən ümumxalq qəhrəmanlığının yaddaşlarda saxlanılması və nəsillər arasında varisliyin qorunmasının zəruriliyini qeyd ediblər.

    Konfrans iştirakçıları xaricdə yaşayan gənc soydaşlarla iş aparmağa dair fikir və istəklərini bildiriblər. Təklif olunub ki, Azərbaycanda fəaliyyət göstərən Rusiya soydaşları gənclər təşkilatlarına müraciət olunsun ki, qarşılıqlı maraq doğuran məsələlərin həllində fəaliyyətləri koordinasiya edən müvafiq qurumun yaradılması məsələsinə baxılsın.

    Gənclər konfransının iştirakçıları Xaricdə Yaşayan Rusiya Soydaşlarının 3-cü Ümumdünya Konqresinin nümayəndələrinə uğurlu iş arzulayıblar.

    Konfransın nəticələri əsasında qətnamə qəbul edilib. Həmin sənəddə Azərbaycanda gənc soydaşların vəzifələri kimi cəmiyyətin həyatında aktiv fəaliyyət göstərmələri, Rusiya Federasiyasının gənclər birlikləri ilə qonşuluq və işgüzar əlaqələrin qurulması göstərilib.

    «Sodrujestvo» Azərbaycan Xalqları Həmrəyliyi Respublika Cəmiyyətinin sədri T. Kərimova

     

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100