Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Slavyan xalqlarının böyük maarifçiləri Kiril və Mefodiyin xatirə gününə həsr olunmuş slavyan yazısı və mədəniyyəti həftəsi çərçivəsində tədbirlər
    Çap versiyası | Baxılıb 471

    Кирилл и Мефодий13 may tarixində Azərbaycanda Slavyan xalqlarının böyük maarifçiləri Kiril və Mefodiyin xatirə gününə həsr olunmuş slavyan yazısı və mədəniyyəti həftəsi çərçivəsində Rossotrudniçestvo Nümayəndəliyinin Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyası ilə birgə keçirdiyi tədbirlər start götürdülər. Bakı şəhəri kafedral baş kilsədə keçirilən liturgiyadan (xristianların ən əsas ibadət ayini) sonra Bakı və Xəzəryanı Yepiskopu Aleksandr iştirakçılara müraciət edərək, onları Həftənin tədbirlərində fəal iştirak etməyə dəvət etdi.

    14 may tarixində Bakı şəhərində, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində slavyan xalqları əlifbasının baniləri Kiril və Mefodiy qardaşlarının mədəni və mənəvi irsinə həsr edilmiş “Slavyanların maarifçilərinin irsi: ənənə və müasirlik” mövzusunda dəyirmi masa keçirilmişdir.

    Dəyirmi masanı Rossotrunçestvo Nümayəndəliyinin Rəhbəri Ə.M.Şeyxov başlamışdır. Öz salamlaşma nitqində Bakı və Xəzəryanı Yepiskopu müqəddəs Kiril və Mefodinin slavyan mədəniyyətinə verdikləri töhfələri işıqlandırdı. Rusiya Federasiyasının Azərbaycan Respublikasında Səlahiyyətli Səfiri V.D.Doroxin çoxmillətliyi və tolerantlığı ilə fərqlənən Azərbaycanda bu bayramın daha geniş işıqlandırılmasını təklif etdi, çünki söhbət insan sivilizasiyasının zənginləşdirilməsindən gedir. Bolqar Respublikasının Azərbaycan Respublikasında Səlahiyyətli Səfiri V.Kalinov Bolqarıstanda bu bayramın qeyd olunması ənənələrindən söhbət açdı və qeyd etdi ki, burada “Slavyan əlifbası və mədəniyyəti günü əsl xalq bayramıdır”. Moldovanın Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili İ.V.Bodyu qeyd etdi ki, onun ölkəsində “bu bayramın geniş qeyd olunması dövlətin tolerantlığının göstəricisidir”. Minsk və Slutsk Filoreti Mitropalitinin katibi N.Korjıç dahi maarifçilərin mənəvi və pedaqoji irsinə xüsusi diqqət ayıraraq Belorusiyada geniş keçirilən Kiril və Mefodiy oxularından danışdı. Slovakiyanın vətəndaşı, Roma katolik kilsəsi misiyasının baş keşişi monsenyor V.Fekete öz çıxışında Roma katolik kilsəsinin müqəddəs Kiril və Mefodiyin dünya sivilizasiyasının inkişafına verdiyi töhfələri geniş qiymətləndirərək 1980-ci illərin ortalarında onlara Avropanın himayədarları elan edilməsi faktını qeyd etdi. Dəyirmi masanın işinə yekun vuraraq Bakı və Xəzəryanı Yepiskopu Aleksandr vurğuladı ki, Kiril və Mefodiy “bizə böyük hədiyyə - əlifba və yazını - bəxş etmişlər ki, bunlarsız slavyan mədəniyyəti olmazdır” .

    Dəyirmi masada həmçinin Belarus Respublikasının Azərbaycan Respublikasında Səlahiyyətli Səfiri N.Y.Patskeviç milli icmaların, həmvətənlilər təşkilatlarının rəhbərləri iştirak etmişlər.

    Slavyan əlifbası və mədəniyyəti Həftəsi Rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyası və Rossotrudniçestvo Nümayəndəliyinin birgə keçirdiyi “İLahi və dünyəvi” uşaq rəsmləri müsabiqəsinin yekunlaşması ilə davam etdi. Gələcək nəslin mənəvi və əxlaqi tərbiyəsi, pravoslav və ümumilikdə dünya mədəniyyətinə qoşulması, slavyan əlifbasının mənbəsi ilə tanışlığı, gənc istedadların üzə çıxarılması və aşkar edilməsi, uşaq və gənclər üçün yaradıcı ünsiyyət mühitinin yaradılması müsabiqənin məqsədləri olmuşdur.

    Üç yaş qrupu üzrə keçirilən müsabiqədə Bakı və Sumqayıt şəhərləri ümumtəhsil məktəblərinin, T.İsmayılov adına uşaq rəsm qalereyasının, Azərbaycan Rus icmasının Rus mədəniyyət mərkəzinin incəsənət studiyasının, Bakı şəhəri Müqəddəs Məryəm ana kilsəsinin bazar məktəbinin və s. şagirdləri iştirak etmişlər.

    Ən yaxşı rəsmlərin sərgisi və “İLahi və dünyəvi” uşaq rəsmləri müsabiqəsi qaliblərinin mükafatlandırılması 14 may tarixində keçirilmişdir. Qaliblərə mükafatları Bakı və Xəzəryanı Yepiskopu Aleksandr təqdim etmişdir.

    RİMM-də keçirilən tədbirə dövri mətbuat, informasiya agentliklərinin nümayəndələri dəvət olunmuşdular, Reportajlar «AzTV», «Lider», «Mir» BDTRK telekanalları ilə nümayiş etdirilmişdir.

     

    Кирилл и Мефодий

     

    Отец Александр Бакинско-Прикаспийская епархия

     

    Дорохин в.д.

     

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100