Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    2009-cu il sentyabrın 26-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Milli Məclisin deputatı E. H. Axundova ilə görüş
    Çap versiyası | Baxılıb 444

    Sentyabrın 26-da Bakıda, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanda Rusiya nəşriyyatları kitablarının sərgisində iştirakla əlaqədar səfərdə olan Rusiya nümayəndə heyətinin Milli Məclisin deputatı Elmira Axundova ilə görüş keçirilib. Sərgi ilə tanış olan E. Axundova Bakı və Lənkəranda keçirilən tədbirlərin rus dili, mədəniyyəti, elmi və təhsilinin populyarlaşması və rus dilinin xarici dil kimi Azərbaycan məktəblərində tədrisi prosesində nikbinlik yaradılması baxımından vacibliyini qeyd edib. E. Axundova Rusiyanın aparıcı «Russkiy yazık. Kursı» və «Zlatoust» nəşriyyatlarının nümayəndələri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib. Tanınmış publisist, yazıçı olan E. Axundova qonaqlara özünün rus dilində yazılmış kitablarını hədiyyə edib, özünün birbaşa iştirakı ilə rus dilinə tərcümə olunaraq nəşrə hazırlanan Azərbaycan poeziyası antologiyası haqqında məlumat verib.

    Rusiya nümayəndə heyətinin üzvləri birgə layihələrin reallaşmasında maraqlı olduqlarını bildirib. Onlar qeyd ediblər ki, Azərbaycan müəllimləri, şagirdləri və tələbələri rus dilinə yüksək səviyyədə bələddirlər, rus mədəniyyəti ilə kifayət qədər tanışdırlar.

    RİMM-də keçirilən görüşə KİV nümayəndələri də dəvət olunmuşdular.

     

    ахундова

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100