Həştərxan vilayəti nümayəndə heyətinin üzvləri ilə Bakı şəhəri Rusiya İnformasiya və mədəniyyət mərkəzində görüş haqqında
Çap versiyası | Baxılıb 345

1 iyun tarixində Rossotruniçestvonun dəvəti ilə Azərbaycana vizitə gələn Həştərxan vilayəti nümayəndə heyətinin üzvləri Rusiya İnformasiya və mədəniyyət mərkəzində oldular. Nümayəndə heyəti Həştərxan vilayəti Dövlət Dumasının Sədri A.Klıkanovdan, Həştərxan vilayəti Dövlət Duması komitəsinin sədri A.Başkindən, Həştərxan vilayəti Dövlət Duması aparatının rəhbəri Q.Kokuyevdən, Həştərxan şəhərində Rusiya XİN-nin nümayəndəliyinin rəhbəri Y.Torbindən, Həştərxan vilayəti beynəlxalq və xarici iqtisadiyyat əlaqələri nazirinin birinci müavini M.Kuznetsovdan ibarət idi. Qonaqlar Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin fəaliyyəti ilə tanış oldular. Görüş zamanı nümayəndə heyətinin üzvləri 2009-cu ildə Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycana ilk rəsmi vizitindən sonrakı dövrdə Həştərxan vilayəti və Azərbaycan Respublikası arasında Rossotrudniçestvonun Bakı şəhərində nümayəndəliyinin mədəni və təhsil əlaqələrinin inkişafında olan rolunu yüksək qiymətləndirdilər. Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxovun bu sahədə müştərək səylərin fəallaşdırılması barədə təklifi bəyənildi. Qonaqlar xatirə olaraq RİMM-ə hədiyyə təqdim etdilər.


Digər xəbərlər: