Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    5 iyun tarixində Puşkin poeziyasının pərəstişkarlarının görüşü keçirildi
    Çap versiyası | Baxılıb 493

    Puşkin5 iyun 2010-cu il tarixdə Azərbaycanın paytaxtında “Sodrujestvo” Azərbaycan xalqlarının həmrəyliyi Respublika cəmiyyətinin təşkil etdiyi və Azərbaycan Respublikasında Rusiya Federasiyası Səfirliyinin, Rossotrudniçestvo nümayəndəliyinin və Bakı şəhəri Səbayıl rayonu İcra hakimiyyətinin iştirakı ilə A.S.Puşkinin abidəsi qarşısında şairin 211-illiyinə həsr olunmuş Puşkin poeziyasının pərəstişkarlarının görüşü keçirildi.

    Ədəbi görüşə Azərbaycandakı həmvətənlilər ictimai təşkilatlarının, Respublika Yazıçılar İttifaqının, ictimai ədəbi birliklərin, kütləvi informasiya vasitələrinin nümayəndələri, tələbələr, Respublika orta təhsil müəssisələrinin şagirdləri, Puşkin poeziyasını sevənlər dəvət olunmuşdular.

    Görüşü “Sodrujestvo” Azərbaycan həmvətənlilər ictimai təşkilatının sədri Tatyana Kərimova açdı. O, qeyd etdi ki, Puşkin günləri bizim şəhərdə ənənə şəklini almışdır. Puşkin yalnız rus xalqının deyil, bütün dünyanın fərəyidir. Puşkinin dahi bədii irsi Yer kürəmizin bir çox ölkələrinin mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

    Ədəbi görüşü şairə, jurnalist, publisist, Yazışılar İttifaqı və Jurnalistlər İttifaqının üzvü, “Literaturnıy Azerbaydjan” jurnalı poeziya şöbəsinin müdiri Alina Talıbova aparırdı. O qeyd etdi: Puşkinin dahiliyi yalnız adi rus sözünü və poetik hecanın dəyərini əlçatmaz zirvəyə qaldırmaqda deyildir. O, dünya estetikasının ən yaxşı nümunələri ilə bəhsə girən yeni, yüksək keyfiyyətli incəsənətin banisi oldu.

    1941-1945-ci müharibə illərində şair poeziyası, Boyük Qələbənin 65-illiyi ərəfəsində veteranların həyatı “Sodrujestvo” ROSNA-nın nəşr etdiyi “Sveça pamyati” toplusunda vahid bir bütövlük təşkil etdi. Şairlərin şerlərində, vetetranların xatirələrində və gənc nəslin təsuratlarında təsvir olunanlar Dahi Şairin yaradıcılığı ilə sıx əlaqələndi.

    Vladimir Doroxin – Azərbaycan Respublikasında Rusiya Federasiyasının alahiddə və səlahiyyətli səfiri – öz çıxışında A.S.Puşkin yaradıcılığına bəslənilən məhəbbət və xatirəyə görə Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə minnətdarlığını bildirdi. Bu məhəbbətin və xatirənin bariz nümunəsi səfirin çıxışını yekunlaşdıran Azərbaycan yazıçısı və maarifçisi Mirzə Fətəli Axundovun “Şairinin ölümünə” adlı şeri oldu.

    Çingiz Abdullayev – Azərbaycan xalq yazıçısı, Respublika yazıçılar İttifaqının katibi – qeyd etdi ki, Puşkin günləri dərinliklərə getdikcə, tədqiqatçılar, oxucular və pərəstişkarlar Puşkin həyatı və yaradıcılığına daha böyük maraq göstərirlər. Bütün dünyada şairin şəninə adidələr ucaldılıb. Onların sayı 274-dür. Bu sayda heykəl heç bir mədəniyyət xadiminə ucalmayıb. Yazıçı qeyd etdi ki, paytaxtın qonaqlarından Azərbaycan xalqı arasında mədəni irsə, yazıçı, şair, rəssam və bəstəkarlara ucaldılmış abidələrə olan münasibət haqqında fikirlərindən çox məmnun oldu. Dahi rus şairi A.S.Puşkinin abidəsinin önündə keçirilən görüş Azərbaycan ictimaiyyətinin A.S.Puşkinə olan məhəbbətinin göstəricisidir. Puşkin yaradıcılığı milliyətindən asılı olmayaraq hər kəs üçün aydındır, çünki onun yaradıcılığında tükənməz gümrahlıq mənbəyi, səmimi insaniyyətlik və fərəhli optimizm var.

    Ənvər Şeyxov – Azərbaycanda Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri: A.S.Puşkin - dahi xalq şairidir ki, özündə əvvəlki rus və dünya ədəbiyyatının nailiyyətlərini təcəssüm etdi və öz yaradıcılığı ilə onun daha da yüksək inkişafını ifadə etdi.

    İndi onun əsərləri bir çox dillərə tərcümə olunub, bir çox ölkələrdə öyrənilir, onun ideyaları indi də öz qüdrətini qoruyub saxlayır.

    Puşkin tam olaraq bizimdir, bizim zamanəmizindir, o, sağdır və hələ uzun müddət gələcək nəsillərdə yaşayacaq.

    Xalidə Bayramova – Bakı şəhəri Səbayıl rayonu İcra hakimiyyəti başçısının birinci müavini bildirdi ki, ərazisində A.S.Puşkin abidəsinin yerləşdiyi Səbayıl rayonu İcra hakimiyyəti hər il şairin xatirə günlərində iştirak edir, Puşkin günlərinin keçirilməsində “Sodrujestvo” Cəmiyyətinin təşəbbüsünə dəstək olur. Rusiya Səfirliyinə və Rossotrudniçestvo nümayəndəliyinə poeziya bayramının keçirilməsində göstərdikləri köməyə görə minnəydarlığını bildirdilər.

    şairə, nəsrçi, esseist “Sodrujestvo” ədəbi birliyin üzvü Oksana Bulanova, Bakı Dövlət Universiteti tarix fakültəsinin IV kurs tələbəsi “Sodrujestvo” Gənclər təşkilatının üzvü Zaur Mehdiyev, “Sodrujestvo” ədəbi birliyin üzvü Ə.Tuqanov böyük rus şairinə öz şerlərini ithaf etdilər.

    “Nord” uşaq baxçasının yetirmələri Puşkin nağılından bir parça ilə, 134 №-li gimnaziyanın X sinif şagirdləri Riad HəkəriÇinarə Məmmədova “Yevgeni Onegin” əsərindən bir fraqmentlə məharətlə çıxış etdilər.

    160 №-li Klassik gimnaziyanın VII sinif şagirdi Polad Pənahov və 134 №-li gimnaziyanın VII sinf şagirdi Həmidə Kazımova şairin şerlərini və ona həsr olunmuş əsərləri Azərbaycan dilində ifa etdilər.

    Şairin abidəsi önünə gül dəstələri qoyuldu.

    Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra daha yeni dinləyiciləri cəlb edərək A.S.Puşkinin abidəsi önündə Bakı şəhərinin Səbayıl və Suraxanı rayonları orta məktəblərinin şagirdləri, “Sodrujestvo” Ədəbi birliyinin şairləri çıxış etdilər.

     

    Puşkin

     

    Puşkin

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100