12 iyun 2010-cu il tarixdə Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının akt zalında Rusiya gününə həsr olunmuş Rus klassik musiqisi ifaçılarının II Tələbə Festivalı keçirildi.
Tədbirin təşkilatçısı “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialı olmuşdur.
Rusiyanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş zalda dahi rus klassik musiqisi bəstəkarlarının – P.Çaykovskinin, S.Raxmaninovun, S.Prokofyevin, N.Rimski-Korsakovun –əsərləri səsləndi.
Seçim nəticəsində Festivalın münsiflər heyəti 10 ən yaxşı fərqlənmiş ifaçıları Fəxri fərmanla və pul ilə mükafatlandırmışdır.
Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın əməkdar incəsənət xadimi professor Oqtay Abbasquliyev yekun çıxışında Festivalın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi və belə tədbirlərin Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsində və inkişafında olan vacib rolunu qeyd etdi.
Çıxış edən natiqlər öz çıxışlarında Rusiya xalqını Rusiya günü münasibətilə təbrik etdilər, qardaş ölkəyə sülh, əminamanlıq və inkişaf arzuladılar.




