Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    RİMM-də Rusiya gününə həsr olunmuş bayram tədbiri və kitabların təqdimatı
    Çap versiyası | Baxılıb 464

    RİMM11 iyun tarixində Rusiya İnformasiya və mədəniyyət Mərkəzində “Luç” Azərbaycan mədəniyyət xadimlərinin Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Həsən Quliyevin “Azərbaycan ədəbiyyatı. Tarixi oçerk” və Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın dəstəyilə çap olunmuş “Proxodyaşiy poyezd” (“Ötən qatar”) “Luç” Azərbaycan mədəniyyət xadimlərinin Assosiasiyasının toplusu kitabların təqdimatı keçirilmişdir. Tədbir Rusiya gününə həsr olunmuşdur.

    H.Quliyevin kitabı qədim zamanlardan başlayaraq bu günə qədər olan Azərbaycan ədəbiyyatının tədqiqatıdır, Azərbaycanın klassik və müasir yazıçıları haqqında böyük faktiki məlumat verir, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblərin humanitar fakültələrinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunub.

    Müasir nəsrin beynəlxalq toplusu “Proxodyaşiy poyezd” (“Ötən qatar”) Azərbaycandan, Rusiyadan, ABŞ-dan, Belçikadan, Gürcüstandan, Kanadadan, Əlcəzairdən, Almaniyadan, Ukraynadan, Kazaxstandan olan – 2010-cu ilin yanvar-may aylarında “Luç” assosiasiyası tərəfindən keçirilmiş ən yaxşı hekayə Beynəlxalq müsabiqənin qalibləri və təşkilatçıları olan 20 müəllifin hekayələrini toplayıb.

    Tədbirə toplaşanları Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov bayram münasibəti ilə təbrik etdi. Milli Məclisin deputatı E.Axundova, “Luç” Assosiasiyasının rəhbəri Q.Quliyev, yazıçılar, şairlər, ədəbiyyatçılar, “Luç” Assosiasiyasının üzvləri qeyd edirdilər ki, rusdilli Azərbaycan ədəbiyyatı Azərbaycanla Rusiya arasında “mədəni körpüdür”, və onun bariz nümunəsi təqdim olunmuş kitablardır.

    145 №-li məktəbin şagirdləri Rusiya Gününə həsr olunmuş ədəbi-musiqili proqramı ilə çıxış etdilər. Rusiya haqqında nəğmələr və şerlər səsləndi. Çıxışlar Rusiya tarixi və müasirliyi, tarixi və mədəni abidələri, görkəmli siyasi xadimləri, dövlət rəmzləri və s. haqqında video materialların nümayişi ilə müşahidə olunurdu.

    RİMM-in sərgi zalının lövhələrində “Rusiya bu gün” adlı fotosərgi keçirilmişdir ki, burada Rusiyanın çoxkonfessiallığı, onun unikal çoxmillətli və özünəməxsus mədəniyyəti öz əksini tapmışdır.

    Tədbirdə Rusiya Səfirliyinin, Milli Məclisin nümayəndələri, “Luç” Assosiasiyasının üzvləri, məşhur və gənc yazıçılar, ədəbiyyatçılar, jurnalistlər iştirak etmişlər.

    Tədbir haqqında reportaj ANS kanalı ilə nümayiş olundu.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100