Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    RİMM-də Həştərxan vilayəti nümayəndə heyəti ilə Azərbaycan həmvətənlilər təşkilatlarının nümayəndələri və müxbirlər ilə görüş
    Çap versiyası | Baxılıb 294

    визит делегации из Астрахани4 avqust tarixində Bakı şəhərində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Həştərxan vilayəti Regional hökumət nümayəndələrindən, KİV rəhbərlərindən, həmçinin jurnalistlər arasında keçirilən “Kaspiyskaya meçta” (“Xəzər arzusu”) beynəlxalq jurnalistlər müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyətinin üzvləri ilə həmvətənlilər təşkilatlarının nümayəndələri və müxbirlər ilə görüş keçirilmişdir.

    Görüşü Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov açmışdır. Öz çıxışlarında Həştərxan vilayəti hökumətinin sədr müavini T.Yusupova, Həştərxan vilayəti sosial inkişaf və əmək Nazirinin müavini R.Əzizov, Həştərxan vilayəti xarici iqtisadi əlaqələr Nazirliyinin nümayəndəsi P.Qolovkova regionda fəaliyyətdə olan həmvətənlilərə dəstək proqramları haqqında danışdılar. Ümumrusiya Azərbaycan Kohqresinin Həştərxan regional şöbəsinin rəhbəri A.Hüseynov görüş iştirakçılarını Konqresin regionda Azərbaycan diasporu ilə işinin bəzi aspektləri ilə tanış etdi.

    Dəyirmi masa formatında keçən görüşdə nümayəndə heyətinin üzvləri həmvətənlilər təşkilatlarının nümayəndələrinin əməkdaşlığın genişləndirilməsi barədə təkliflərini dinlədilər.

    Tədbir haqqında reportaj AzTV və “Mir” BTRŞ telekanallarda nümayiş etdirildi. “Kaspiyskiy press-sentr” Həştərxan şirkətinin müxbirləri Həştərxan vilayəti regional televiziyasında nümayiş etdirmək üçün süjet çəkdilər.

     

     

     

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100