Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    A. A. Qromıkonun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir haqqında
    Çap versiyası | Baxılıb 463

    громыкоOktyabrın 14-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) görkəmli sovet dövlət və siyasi xadimi A. A. Qromıkonun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

    A. A. Qromıko 32 il ərzində SSRİ Xarici İşlər Nazirliyinə rəhbərlik edib. O, müharibədən sonrakı yenidənqurma prosesinin iştirakçısı və BMT-nin təsis olunmasının təşəbbüskarı olub.

    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və «Rossotrudniçestvo»nun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə MDB ölkələrinin, Bolqarıstanın, Kubanın və Çinin Azərbaycandakı səfirləri, Prezident Administrasiyasının, XİN-in, Milli Məclisin, KİV-in nümayəndələri iştirak ediblər.

    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri V. D. Doroxin və Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri N. Y. Patskeviç çıxış ediblər.

    Tədbirdə görkəmli diplomata həsr olunmuş sənədli film nümayiş etdirilib. RİMM-in sərgi salonunda A. A. Qromıkonun dövlət xadimi kimi həyatının müxtəlif dövrlərini əks etdirən fotosərginin açılışı keçirilib. Sərgidə 70 foto nümayiş etdirilib.

     

    громыко

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100