Həmvətənlilərin “Sodrujestvo” ədəbi birliyinin və “Rossotrudniçestvo” nümayəndəliyinin müştərək müşavirəsi
Çap versiyası | Baxılıb 370
11 sentyabr tarixi Bakı şəhərində Azərbacanda “Rossotrudniçestvo” nümayəndəliyinin iştirakı ilə həmvətənlilərin “Sodrujestvo” ədəbi birliyinin müşavirəsi keçirilmişdir. Görüşdə dördüncü kvartalda rus və Azərbaycan şair və yazıçılarının həyatı ilə bağlı əlamətdar və yaddaqalan tarixlərə həsr olunmuş ədəbi gecələrin, birgə konfransların və görüşlərin keçirilməsi planı müzakirə edilmişdir.
Bu il 20 yaşını qeyd edən Birlikdə nəsr və publisistika, satira və yumor, poeziya, fantastika klubları fəaliyyət göstərir. “Sodrujestvo” rus dilində yazan ədiblərə kitabların və topluların nəşr edilməsini, əsərlərin “Literaturnıy Azerbaydjan” jurnalının səhifələrində publikasiyasını təşkil edir. “Rossotrudniçestvo” nümayəndəliyi isə öz növbəsində “Sodrujestvo” ədəbi birliyinə əsərlər toplularının nəşrində təşkilati dəstək olur.
Sonda Nümayəndəlik rəhbərinin müavini M.Ustinov cari ildə nəzərdə tutulmuş Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əsas tədbirlərindən danışdı və Birlik nümayəndələrinin Azərbaycan Respublikasında “Rossotrudniçestvo” tərəfindən keçirilən ədəbi-maarifləndirici aksiyaların təşkilində göstərdikləri köməyə görə minnətdarlığını bildirdi.

Digər xəbərlər: