“Sodrujestvo” həmvətənlilər ədəbi birliyinin üzvü şairə Sevinc Heydərovanın yaradıcılıq gecəsi
Çap versiyası | Baxılıb 322
18 sentyabr tarixində Rossostrudniçestvo nümayəndəliyi “Sodrujestvo” həmvətənlilər ədəbi birliyinin tanınmış şairə Sevinc Heydərovanın yubileyinə həsr olunmuş yaradıcılıq gecəsində iştirak etmişdir. Yubilyar Bakı şairləri Gildiyasının üzvüdür, iqtisadi elmlər namizədidir, müxbirdir – ekoloji mövzuda olan bir çox acı publikasiyaların müəllifidir, ətraf mühin qorunması ilə məşğul olan Azərbaycan təşkilatları ilə sıx əməkdaşlıq edir.
Rossotrudniçestvo nümayəndəliyi rəhbərinin müavini M.Ustinov Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşları adından şairəni ad günü münasibəti ilə təbrik etdi və gələcək yaradıcılığında, yeni kitablarında və müxbir publikasiyalarında müvəffəqiyyətlər arzu etdi.
S.Heydərova səmimi təbriklərə görə minnətdarlığını bildirdi, öz şerlərini oxudu və yaradıcılıq planları ilə bölüşdü.

Digər xəbərlər: