24 sentyabr tarixində Azərbaycanda Rossotrudniçestvo nümayəndəliyi Rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyası ilə birlikdə 46 №-li məktəbdə dilçi, leksikoqraf, dünya şöhrətli “Slovar russkoqo yazıka” (Rus dilinin lüğəti) lüğətinin müəllifi S.İ.Ojeqova həsr olunmuş “S.Ojeqovun lüğəti rus dili və ədəbiyyatı müəlimlərinin işində bir əsas kimi” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirdə Bakı Slavyan Universitetinin (BSU), BSU Məktəb-Lisey Kompleksinin, Bakı və Sumqayıt şəhərləri ümümtəhsil məktəblərinin müəllimləri iştirak etmişlər.
Giriş sözü ilə tədbir iştirakçılarına Nümayəndəlik rəhbərinin müavini M.Ustinov müraciət etdi. Müzakirə zamanı aşağıdakı mövzularda məruzə və məlumatlar dinlənildi: “Ojeqovun lüğəti rus dilinin mənimsənilməsinin, söz ehtiyatının zənginləşdirilməsi, nitq mədəniyyətinin yüksəldilməsi üsulu kimi”, “Müasir rus sözlərinin mənası, düzgün yazılışı və istifadəsi haqqında”, “İnternet ehtiyatlarının cəlb olunması ilə rus dili dərslərində Ojeqov lüğətinin istifadəsi üzrə iş təcrübəsi”, “Mədəni nitq adətləri”, “Lüğət növləri” və s. Mühazirələr multimediya avadanlığının istifadəsi ilə Nümayəndəlik tərəfindən hazırlanmış video materiallarının nümayişi ilə müşahidə olunurdu. Həmçinin Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi kitabxanası ədəbiyyatının istifadəsi ilə rus dili lüğətlərinin sərgisi keçirilmişdir.
Məruzələrdən sonra dəyirmi masanın işi sərbəst müzakirə rejimində davam etdi. Müzakirə zamanı “Rus dili lüğəti”nin və digər sorğu ədəbiyyatının tədris prosesində istifadəsi təcrübəsinin mübadiləsi aparılmışdır.
Sonda müəllimlərə “Rus dili müəlliminin lüğətlə işi” metodiki materiallar olan diski təqdim olunmuşdur.