29 sentyabr tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində şairin anadan olmasının 115 illiyinə həsr olunmuş “Yesenin payızı” ədəbi-musiqili festival çərçivəsində keçirilən müsabiqələrin yekun mərhələsi keçdi. Festival Azərbaycanda Rusiya Səfirliyinin dəstəyi ilə Rossotrudniçestvo Nümayəndəliyinin və Azərbaycanda Rusdilli təhsil müəssisələri müəllimlərinin Asosiasiyası ilə birlikdə keçirilirdi.
Festivalda iki yüz nəfərdən artıq Bakı şəhəri ümümtəhsil və musiqi məktəblərinin, Azərbaycanın Xaçmaz, Qəbələ və Masallı rayonları təhsil müəssisələrinin şağirdləri, Bakı Slavyan Universiteti və Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak etmişlər.
Tərkibinə Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri E.Şeyxovun, Nümayəndəlik rəhbərinin müavini M.Ustinovun, Azərbaycanın əməkdar artisti A.Nikuşınanın, Bakı Musiqi Akademiyasının dosenti L.Zairbekovanın, “Sodrujestvo” ədəbi birliyinin rəhbəri R.Abdullayevanın, Rusdilli təhsil müəssisələri müəllimləri Asosiasiyasının rəhbəri L.Yakuninanın daxil olduğu münsiflər heyəti bədii qiraət və musiqili ifa müsabiqələrinin qaliblərini müəyyənləşdirdilər. Həmçinin gənc yazarların və rəssamların ən yaxşı əsərləri və rəsmləri seçildi.
Qaliblərin mükafatlandırılması “Yesenin payızı” ədəbi-musiqili festivalın yekunundan sonra 3 oktyabr tarixində, şairin ad günündə keçiriləcək.



