Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    S.A.Yeseninin 115 illiyinə həsr olunmuş təntənəli tədbir
    Çap versiyası | Baxılıb 427

    Есенин3 oktyabr tarixində Sergey Yesenini ad günündə Şüvəlan qəsəbəsinin Mədəniyyət Sarayında şairin115 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfirliyinin və Rossotrudniçestvo nümayəndəliyinin iştirakı ilə S.Yeseninin Memorial ev-muzeyi tərəfinən təşkil olunmuşdur. Bu gün həmçinin Ev muzeyinin təşkil olunmasının 35 ili də tamam olmuşdur. Müzey fəaliyyətinin əsas istiqamətləri Azərbaycanda Yesenin yaradıcılığının geniş yayımlanmasından və tematik sərgilərin keçirilməsindən ibarətdir. Muzey mütəmadi olaraq Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfirliyi və Rossotrudniçestvo nümayəndəliyi ilə tədbirlər keçirir.

    Tədbirdə Azərbaycan Respublikasında Rusiya Federasiyasının Səfiri Vladimir Doroxin, Rossotrudniçestvo Nümayəndəliyinin rəhbəri Enver Şeyxov, Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndəsi professor Təvəkkül Səlimov, Milli Məclis apparatının baş ixtisasçısı Zərifə Həsənova, Rusiya Səfirliyinin nümayəndələri, Azərbaycanın ictimai xadimləri, şairləri, yazıçıları, həmvətənlilər təşkilatlarının nümayəndələri, Yesenin yaradıcılığının pərəstişkarları iştirak etmişlər. Tədbiri Mərdəkan qəsəbəsində yerləşən S.Yeseninin Memorial ev-muzeyinin direktoru Nəzakət İbadova aparırdı. Bayram tədbirlərində iştirak etmək üçün Rossotrudniçestvo xətti ilə Azərbaycana gəlmiş qonaqlar (Rusiya yazıçılar İttifaqının üzvü Haydar Bədrəddinov və Rusiya və Azərbaycan Yazıçılar İttifaqlarının üzvü Sabir Abdulla) şairə həsr olunmuş şerlərini oxudular.

    V.Doroxin Yesenin yaradıcılığına olan münasibəti, həmçinin Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin inkişafına verdiyi töhfələr haqqında danışdı: “Biz bu gün yalnız Sergey Yeseninin anadan olmasının 115 illiyini deyil, həmçinin Mərdəkan qəsəbəsində Yesenin Ev-muzeyinin açılmasının 35 illiyini də qeyd edirik. Bu Azərbaycanın rus mədəniyyəti və mənəviyyətinə bəslədiyi məhəbbət və hörmətdən bəhs edir”. Səfir S.Yesenin Ev-muzeyinə noutbuk hədiyyə etdi. Sonra V.Doroxin iki yüz nəfərdən artıq Bakı şəhəri ümümtəhsil və musiqi məktəblərinin, Azərbaycanın Xaçmaz, Qəbələ və Masallı rayonları təhsil müəssisələrinin şağirdlərinin, Bakı Slavyan Universiteti və Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirak etdiyi Rossotrudniçestvo nümayəndəliyi tərəfindən təşkil olunmuş “Yesenin payızı” festivalı müsabiqələrinin qaliblərini mükafatlandırdı.

    Tədbirdə T.Səlimov, Z.Həsənova, bəstəkar Tofiq Bakıxanov, “Xəzər” Universiteti rektorunun assistenti İsaxan İsaxanlı çıxış etdilər.

    S.Yeseninin həyatı haqqında “Mənim əzizlərim, yaxınlarım” sənədli filmdən fraqmentlər nümayiş olundu, T.Bakıxanovun “Şərq poeması” baletindən hissələr, Azərbaycan xalq muğamı “Bayatı-Şiraz” səsləndi. Mədəniyyət Sarayının səhnəsində balaca iştirakçılar da – “İnci” Xəzər rayonu Uşaq baxçası, “Günay” ansamblı, Xəzər ayonu 2 №-li Ev-internatın nəfəs alətləri orkestri çıxış etdi. Sonda Müslüm Maqomayevin ifasında “Proşay Baku” (“Xudahafis Bakı”) mahnısının yazısı səsləndi.

    Şairin ad gününün qeyd olunması Mərdəkan qəsəbəsində Yeseninin ev-muzeyində Azərbaycan Rus İcması Rusiya Mədəniyyəti Mərkəzinin özfəaliyyət kollektivlərinin çıxışı ilə davam etdi.

     

    Есенин

     

    Есенин

     

    Есенин

     

    RIMM-də S.A.Yeseninin 115 illiyinə həsr olunmuş dəyirmi masa (məlumat)

     4 oktyabr tarixində Bakı şəhərində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus şairi S.A.Yeseninin 115 illiyinə həsr olunmuş dəyirmi masa keçmişdir. Tədbirdə “Sodrujestvo” ədəbi birliyinin, Azərbaycan Yazıçılar İttifaqının üzvləri, həmvətənlilər təşkilatlarının nümayəndələri, və həmçinin “Rossotrudniçestvo” nümayəndəliyi tərəfindən keçirilən “Yesenin payızı” festivalında iştirak etmək üçün Bakıya gəlmiş Moskva yazıçılar təşkilatının üzvləri Haydar Bədrəddinov və Sabir Abdulla iştirak etmişlər.

    Tədbir iştirakçılarını giriş sözü ilə salamlayan Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Enver Şeyxov qeyd etdi ki, Sergey Yeseninin yubileyi Rusiya və Azərbaycan xalqlarını birləşdirən bayramdır.

    Şair Bədrəddinov Bakıya səfərdən öncə yazdığı S.Yeseninə həsr olunmuş “Azərbaycan” və “Şair” şerlərini oxudu.

    Görüş şairin həyat və yaradıcılığı ilə bağlı müzakirələrlə davam etdi. Dəyirmi masa ətrafında toplaşanlar S.Yesenin şerlərini oxuyub, şairin həyatının, xüsusən də Azərbaycanda olduğu müddətdə onun yaradıcılığının məhsuldar dövrünün maraqlı faktlarını açıqladılar.

     

    Есенин

     

    Есенин

     

     

     

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100