Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Bakıda MDB ölkələri humanitar universitetləri rektorlarının Forumu
    Çap versiyası | Baxılıb 370

    форум ректоров в Баку12-13 oktyabr tarixlərində Bakı Dövlət Universitetində MDB ölkələri humanitar universitetləri rektorlarının və ali məktəblərin humanitar fakültə dekanlarının ilk Forumu keçirilmişdir. Forumda Azərbaycan, Belarus, Qazaxstan, Qığızıstan, Rusiya, Tacikistan, Ukrayna aparıcı ali məktəblərinin rəhbərləri iştirak etmişlər.

    Tədbiri Azərbaycan Təhsil Nazirliyi, Rossotrudniçestvo, Rusiya Dövlət Humanitar Universiteti (RDHU), “Rusiya-Azərbaycan” Dostluq cəmiyyəti təşkil etmişdir.

    Forumu RDHU-nun rektoru, REA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, “Rusiya-Azərbaycan” Dostluq cəmiyyətinin sədri Y.Pivovar açdı. O, Rossotrudniçestvo və onun Azərbaycanda Nümayəndəliyinə tədbirin hazırlanmasında fəal iştirakına görə minnətdarlığını bildirdi. Öz “MDB ölkələrində humanitar təhsil: problemlər və inkişaf perspektivləri” adlı məruzəsində Y.Pivovar postsovet məkanında ali məktəblər arasında humanitar əməkdaşlıq məsələlərinin həyata keçirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürdü.

    Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanov ali və orta təhsilin səviyyəsinin yüksəlməsinə yönəlmiş Nazirliyin iş istiqamətlərindən danışdı, Azərbaycanda rus dilinin vəziyyəti məsələsinə toxundu.

    Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov Rossotrudniçestvo rəhbəri F.Muxammetçinin salamını Forum iştirakçılarına çatdırdı. Öz çıxışında o qeyd etdi ki, bu il öz 85-illiyini qeyd edən Rossotrudniçestvo fəaliyyətinin əsas istiqaməti dünya bazarına Rusiya təhsil xidmətlərinin çıxarılması, Rusiya və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin Rusiya təhsil ocaqlarına həmvətənlilərin və xarici vətəndaşların göndərilməsindən ibrətdir. Məruzəçi Rusiya ali məktəblərinin nümayəndələrini əməkdaşlığa dəvət etdi, onlar tərəfindən Azərbaycanda keçiriləcək tədbirlərə təşkilati və informasiya dəstəyini, həmçinin Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin meydanını tədbirlərin, təhsil xidmətləri təqdimatlarının, sərgilərin, görüşlərin və s. keçirilməsində istifadəsini təklif etdi.

    Forumun nəticələrinə görə memorandum qəbul olundu.

    Forumun növbəti iclasları hər il layihə iştirakçıları olan ali məktəblərin bazasında keçirilməsi planlaşdırılır.

    Yekun mətbuat konfransında MDB ölkələri ali məktəblərin rəhbərləri Azərbaycan jurnalistlərinin suallarını cavablandırdılar. Forum Respublika elektron və çap KİV-i və televiziya vasitəsi ilə işıqlandırılmışdır.

     

    форум ректоров в Баку

    Bakı Dövlət Universitetinin Rektoru A.Məhərrəmov, Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanov, Bakı Slavyan Universitetinin rektoru K.Abdullayev

     

    форум ректоров в Баку

    Çıxış edir RDHU-nun rektoru Y.Pivovar

     

    форум ректоров в Баку

    Çıxış edir Rossotrudniçestvo nümayəndəliyi rəhbəri Ə.Şeyxov

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100