15 oktyabr tarixində RİMM-də Rusiya Federasiyasına Azərbaycanda yaşayan həmvətənlilərin könüllü surətdə köçürülməsinə yardım Dövlət proqramının həyata keçirilməsinin aktual məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasında Rusiya Federasiyası Səfirliyinin müşaviri S.Kosinçikova, Rusiya Federal miqrasiya xidmətlərinin nümayəndəsi T.Matveyeva, konsulluq məsələləri üzrə attaşe S.Rujinski, həmvətənlilər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov qeyd etdi ki, görüş oktyabrın sonunda Bakıda keçiriləcək Rusiya Federasiyasına həmvətənlilərin könüllü surətdə köçürülməsinə yardım Dövlət proqramının həyata keçirilməsinin aktual məsələlərinə həsr olunmuş regional konfrans ərəfəsində keçirilir.
T.Matveyeva Dövlət proqramı, köçürülmə şərtləri, sosial müdafiə tədbirləri, köçürülənlərə təqdim olunan dövlət zəmanətlərinin həcmi haqqında və s. danışdı, çoxsaylı suallara cavab verdi.
Dəyirmi masa iştirakçıları arasında Dövlət proqramı haqqında məlumat məcmuələri və kitabçalar yayımlandı.
