Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    2009-cu il 24-25 sentyabr. Lənkəran şəhəri. Rusiya Nəşriyyatlarının Kitabları Sərgisi çərçivəsində tədbirlər
    Çap versiyası | Baxılıb 602

    Sentyabrın 24-25-də Lənkəran Dövlət Universitetinin bazasında «Rus dili, mədəniyyəti, elmi və təhsilini populyarlaşdıran Rusiya nəşriyyatları kitablarının sərgisi» çərçivəsində bir sıra tədbirlər keçirilib. Sərginin rəsmi açılışı sentyabrın 23-də Bakıda, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilib.

    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi və «Rossotrudniçestvo»nun nümayəndəliyinin təşkilatçılığı ilə «Rus dili» Federal ünvanlı proqram çərçivəsində «Rossotrudniçestvo»nun təşəbbüsü ilə keçirilən tədbir geniş auditoriya toplayıb. İştirakçılar arasında Azərbaycan Respublikasının cənub zonasının 7 bölgəsinin hamısını təmsil edən rus dili müəllimləri, təhsil şöbələrinin rəhbərləri, metodistlər, Lənkəran Dövlət Universitetinin müəllimləri, elm dairələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Təntənəli tədbirdə «Rossotrudniçestvo»nun nümayəndəsi Ənvər Şeyxov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov, Rusiya nümayəndə heyətinin üzvləri, Təhsil Nazirliyinin, Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış ediblər. Mərasimin rəsmi hissəsindən sonra rus dili və ədəbiyyatı fənlərindən yüksək bilik nümayiş etdirən Lənkəran məktəblərinin yuxarı sinif şagirdlərinə qiymətli hədiyyələr təqdim edilib.

    Rus dilinin xarici dil kimi tədrisi ilə bağlı aktual məsələlərə həsr olunmuş «dəyirmi masa»nın işində Rusiyan nümayəndə heyətinin üzvləri və Azərbaycan müəllimləri aktiv iştirak ediblər.

    İki gün ərzində “master-klass”lar keçirilib, mülahizələr edilib, təqdimatlar keçirilib. Rus dilinin tədrisi üzrə tanınmış müəllimlər professor Vladimir Annuşkin, Gennadi Malışev, İrina Avdeyeva, metodistlər, filologiya elmləri namizədləri Natalya Kozina və Tamara Roket tədbir iştirakçıları qarşısında çıxış ediblər.

    Dinləyicilər keçirilmiş görüşün rus dilinin xarici dil kimi Azərbaycan məktəblərində tədrisi prosesində nikbinlik yaradılması baxımından praktiki dəyərə malik olduğunu qeyd ediblər.

    Nümayəndə heyətinin üzvləri Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı ilə də görüşüblər. İcra başçısı keçirilmiş tədbirin aktuallığını qeyd edib, görülmüş işə görə qonaqlara minnətdarlığını bildirib.

     

    лянкяран

     

    лянкяран

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100