28 oktyabr tarixində Azərbaycan məktəbində rus dilinin dərindən öyrənilməsi pilot layihəli 42 №-li məktəbdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən Rus dili həftəsi çərçivəsində açıq dərslər təşkil olunmuşdur.
2-ci sinifdə “Ailə” mövzusunu müzakirə edən Müəllim K.Əliyeva inkişaf etdirici təlimin yeni texnologiyalarını nümayiş etdirdi, və şagirdlərə bu mövzunu rus dilində müzakirə etməyi təklif etdi. Bu, aşağı sinif şagirdlərində mövzuya olan diqqəti və marağı saxlamağa imkan yaratdı.
6-cı sinifdə keçirilən dərsdə müəllim A.Əsədova Azərbaycanda neft sənayesinin inkişafı haqqında danışdı və şagirdlərə bu mövzunu rus dilində müzakirəsini təqdim etdi. Şagirdlər oxu və şifahi nitq sahəsində olan vərdişlərinin yaxşı səviyyədə olduğunu nümayiş etdilər.
29 oktyabrda açıq dərslər həmçinin pilot layihəsinin iştirakçısı olan Bakı şəhərinin 20 №-li məktəbində keçirildi.
Müəllim Q.Əliyeva 11-ci sinifdə dərsini S.A.Yeseninin yaradıcılığına həsr etdi. Şagirdlər şairin həyat və yaradıcılığından danışdılar onun Bakıda olduğu müddətdə yazdığı “Persidskiye motivı” silsiləsindən olan şerlərini oxudular.
Azərbaycan bölməsinin 6-cı sinfində “Azərbaycan – doğma diyarım” mövzusunda dərs keçdi. Müəllim S.Atakişiyeva dərsi ədəbi-musiqili kompozisiya şəklində keçirdi. 2-ci il dil öyrənən şagirdlər rus dilində öz ölkələri haqqında danışdılar, Azərbaycan haqqında, həmçinin rus bəstəkarlarının nəğmələrini ifa etdilər.
Azərbaycan bölməsinin 2-ci sinfində müəllim M.Adilova “Mənim Vətənim” mövzusunda dərs keçdi. Kiçik məktəblilər şer oxuyub, dialoqlarda iştirak edib, Azərbaycan haqqında nəğmələr oxudular.
Açıq dərslərdə digər şəhər məktəblərinin müəllimləri və metodistləri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak etdilər.
Rus dili həftəsinin keçirilməsi sübut etdi ki, məktəblərin pilot layihələrində iştirakı şagirdlərdə rus dilinin və ədəbiyyatın öyrənilməsinə olan marağını artırdı, rus dili və ədəbiyyatı dərslərinin səviyyəsini yüksəltdi.
