29 oktyabr tarixində Bakı şəhərində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan məktəbində rus dilinin dərindən öyrənilməsi pilot layihəli məktəblərinin rus dili və ədəbiyyatı müəllimləri və metodbirləşmə sədrləri üçün “Şagirdlərin biliyinin qiymətləndirilməsinə yeni yanaşma” mövzusunda metodiki seminar keçirilmişdir. Seminar Rossotrudniçestvo Nümayəndəliyi və Rusdilli təhsil müəssisələri Assosiasiyası tərəfindən təşkil olunmuşdur. 50-dən artıq müəllim və metodistin iştirak etdiyi seminar Azərbaycanda Rusiya Səfirliyi, Azərbaycan Təhsil Nazirliyi və Rossotrudniçestvo nümayəndəliyinin pilot layihələrin realizasiyasına yardım planına müvafiq keçirilmişdir.
Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov qeyd etdi ki, 2011-ci ilin yanvarında RİMM-də Rus dilinin elmi-metodiki mərkəzinin rəsmi açılışı olacaq. Bu Mərkəzin bazasında rus dili və ədəbiyyatı tədrisinin, müəllimlərin ixtisasının yüksəlməsinə yönəlmiş tədbirlər keçiriləcək ki, bu fəaliyyətdə Rusiya mütəxəssislərinin iştirakı da nəzərdə tutulub.
RİMM-in əməkdaşı, Azərbaycan Rusdilli təhsil müəssisələri Assosiasiyasının sədri L.Yakunina bu günlərdə Bakı şəhərinin bir sıra məktəblərində Rossotrudniçestvo nümayəndəliyinin təşkil etdiyi rus dili həftələri haqqında məlumat verdi.
Təhsil problemləri institutunun qiymətləndirmə şöbəsinin müdiri E.Bəylərov “Şagirdlərin biliyinin qiymətləndirilməsinə yeni yanaşma” mövzulu məruzəsində Respublika ümümtəhsil məktəblərinin tədris planlarında kurrikulumların tədbiq edilməsi ilə bağlı aktual məsələlərə toxundu, bu mövzuda multimediya prezentasiyasını təqdim etdi.
“Şagirdlərin biliyinin qiymətləndirilməsi təcrübəsindən”, “Məktəb-liseyin öyrənilən materialın şagird tərəfindən dərk etməsi təcrübəsindən”, “Qiymətləndirmə nəticələrinin aşkarlığı” mövzusunda məruzələrı ilə pilot layihələrinin iştirakçıları olan təhsil müəssisələrinin müəllimləri çıxış etdilər.
Seminar işini müzakirə şəklində davam etdi. Sonda RİMM-in metodistləri tərəfindən hazırlanmış didaktik materiallar paylanıldı.
