11 noyabr tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Federal Miqrasiya xidmətləri (FMX) idarəsinin rəis müavini V.N.Babakov ilə görüş keçirilmişdir.
V.N.Babakov həmvətənlilərin Proqramın potensial iştirakçılarında marağ yaradan realizasiya təcrübəsinin hesabı ilə Rusiya Federasiyasına könüllü köçürülməsinə yardım üzrə Dövlət proqramında olan yeniliklər haqqında məlumat verdi.
Rossotrudniçestvo Nümayəndəliyinin rəhbəri Ə.M.Şeyxov Dövlət proqramının həyata keçirilməsi üçün Azərbaycanda Rusiya Federasiyası Səfirliyi ilə birgə aparılan tədbirlərdən söhbət açdı. O, qeyd etdi ki, Nümayəndəlik, Rusiya həmvətənliləri ictimai təşkilatlarının Koordinasiya Şurasının ehtiyatlarından fəal istifadə edərək, Proqramın informasiya dəstəyi ilə yalnız Bakı şəhəri ərazisində deyil, həmçinin Azərbaycanın regionlarında da məşğuldur.
Rusiya FMX-in Azərbaycandakı nümayəndəsi T.P.Matveyeva Rusiya Səfirliyi nəzdində Müvəqqəti qrupun və Dövlət proqramının həyata keçirilməsi üzrə Rossotrudniçestvo nümayəndəliyinin fəaliyyəti və cari il üçün nəzərdə tutulmuş işlər barədə məlumat verdi.
Görüşün sonunda qonaq RİMM-in yeni binasını seyr etdi, kitabxanada oldu, Dövlət proqramı barədə lövhə ilə tanış oldu.
V.N.Babakov Rossotrudniçestvo Nümayəndəliyinə və Rusiya Federasiyası Səfirliyinə Dövlət proqramının həyata keçirilməsində göstərdikləri köməyə görə minnətdarlığını bildirdi.
