12 noyabr tarixində Rusiya İnformasiya və Mədəniyyət mərkəzində “Luç” Azərbaycan incəsənət xadimləri Assosiasiyası ilə birgə təşkil olunmuş “Rusdilli ədəbiyyat: vəziyyəti və problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə yazıçılar və şairlər, ədəbiyyatçı alimlər, publisistlər və jurnalistlər, həmvətənlilər təşkilatlarının nümayənfələri iştirak etmişlər.
“Luç” Assosiasiyasının sədri Həsən Quliyev Assosiasiyanın 2010-cu ildəki fəaliyyəti yekunlaşdırdı, dünyanın 16 ölkəsindən olan 280 ədəbiyyatçının iştirak etdiyi ən yaxşı hekayə Beynəlxalq müsabiqənin keçirilməsi haqqında məlumat verdi. Ən yaxşı işlər “Literaturnıye mostı” (“Ədəbi körpülər”) silsiləsindən olan “Proxodyaşiy poyezd” (“Ötüb kedən qatar”) yeni nəşr olunmuş 3-cü almanaxda dərc olunmuşdur.
Professor Aqil Hacıyevin, professor Rafiq Novruzovun, “Sodrujestvo” ədəbi klubun sədri Raisa Abdullayevanın, ədəbiyyatçı və şairə Fikriyyə Muradlının, nəsrçi və jurnalistlər Vadim İseyev, Ömər Ömərov və digərlərinin çıxışlarında müasir rusdilli ədəbiyyatşünaslığının, rusdilli ədəbiyyatın tərcüməsinin, gənclik və onun müasir ədəbiyyatda tərənnümü aktual problemləri öz əksini tapmışdır.
Dəyirmi masada “Luç” Assosiasiyası və “Sodrujestvo” ədəbi klubun nəşr etdikləri rusdilli Azərbaycan yazıçılarının əsərlər topluları nümayiş edildi.
Tədbirin sonunda “Nəsr” (laureat – Aytən Aqşin) və “Poeziya” (laureat – Fikriyyə Muradlı) nominasiyalarında “Qranat” ədəbi mükafat təqdim olundu. Bu mükafat artıq üçüncü dəfədir ki, “Luç” Assosiasiyası tərəfindən rus dilində yazılmış ən yaxşı ədəbi əsər üçün təqdim olunur. “Luç” Assosiasiyasının sədri Həsən Quliyev Azərbaycanda Rossotrudniçestvo nümayəndəliyinə müştərək tədbirlərin təşkilində daimi kömək və dəstəyinə görə minnətdarlığını bildirdi.
