Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Bakı şəhəri Rusiya İnformasiya və Mədəniyyət Məkəzində təlim rus dilində olan təhsil ocaqlarının müəllimləri üçün ixtisasartırma seminarı
    Çap versiyası | Baxılıb 353

    семинар для учителей русского языка19 noyabr tarixində Bakı şəhəri Rusiya İnformasiya və Mədəniyyət Məkəzində “Rus dili 92006-2010)” Federal məqsəd proqramı tədbirlər çərçivəsində “Təlim rus dilində olan təhsil ocaqlarının müəllimləri üçün ixtisasartırma seminarı” keçirilmişdir. Bu, eyni zamanda distant təlim kursunun birgünlük əyani mərhələsi idi. Tədbiri Rusiya Federasiyası təhsil və elm Nazirliyi, “Təlim keyfiyyətinin qiymətləndirilməsi” Rusiya şirkəti və Azərbaycanda Rossotrudniçestvo nümayəndəliyi təşkil etmişlər.

    Tədbiri açan Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri Ə.Şeyxov qeyd etdi ki, həmin seminar rus dili və ədəbiyyatı müəllimlərinin ixtisas artırmasının təşkilinə yönəlmiş böyük bir layihənin həyata keçməsinin ilk addımıdır. İxtisasartırma distant kurslarını RİMM Elmi-metodik bazanın müntəzəm keçirilməyi planlaşdırılıb.

    Məşğələni “Müasir tədris texnologiyaları” EP Mərkəzin direktoru S.V.Bulanov (Moskva şəh.) və onun müavini İ.A.Qavrilin apardılar. Tədbir çərçivəsində tematik məruzələr, açıq dərs, təlim prosesində internet-resurslarının istifadəsi, praktik məşğələlər və ən yeni tədris metodik və elmi ədəbiyyatın prezentasiyası keçirildi.

    Seminarın məqsədi Azərbaycanda rus dili və ədəbiyyatı müəllimlərinə dəstək, rus dili müəllimlərinin pedaqoji ustalığının təkmilləşməsinə yardım, onların ixtisasının artırılmasından ibarətdir.

    Seminarın işinin gedişatında Azərbaycan məktəblərinin rus dili və ədəbiyyatı müəllimlərinin peşəkar şəbəkə birliyi yarandı ki, bu şəbəkə metodik birləşmənin virtual analoqudur, distant əsasla fasiləsiz ixtisas artırma, şəbəkədə müəllif metodik işlərin yerləşdirilməsi vasitəsilə təcrübə mübadiləsinin aparılması imkanlarını yaradır. İxtisasartırma kursu rus dili tədrisinin aktual məsələlərini əhatə edən altı moduldan ibarətdir və distant əsaslı doqquz günlük məşğələlər nəzərdə tutur. Kursu bitirdikdə müəllimlərə sertifikatlar təqdim olunacaq.

    Seminarda təlim rus dilində olan məktəblərdən olan (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri və Respublika regionlarının məktəblərində rus dilinin dərindən öyrənilməsi pilot layihəsinin iştirakçıları) iyirmidən artıq müəllim iştirak etmişlər.

    Tədbirdə dövri mətbuat nümayəndələri iştirak etmiş, seminar haqqında reportajlar AzTV və «Mir» BTRŞ telekanallarında translyasiya olunmuşdur.

     

    семинар для учителей русского языка

     

    семинар для учителей русского языка

     

    семинар для учителей русского языка

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100