Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    RİMM-də “Günay” uşaq teatrının kollektivi ilə görüş
    Çap versiyası | Baxılıb 200

    Günay26 noyabr tarixində Bakı şəhəri Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM-də) “Günay” Uşaq teatrının kollektivi ilə görüş keçirildi. Teatrın kollektivi 20-21 noyabr tarixlərində Həştərxan şəhərində keçirilən “Xorovod drujbı” (“Dostluq xorovodu”) Birinci Beynəlxalq müsabiqə-festifalda iştirak etmişdir. Həştərxan vilayəti Təhsil və elm nazirliyi və OAOU DOD “Uşaq və gənclər inkişafı vilayət mərkəzi” tərəfindən, Həştərxan vilayəti beynəlxalq və xarici iqtisadi əlaqələr Nazirliyinin dəstəyi ilə təşkil olunmuş festivalda Azərbaycan kollektivi “Xoreoqrafiya” nominasiyasinda (Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından) fəxri diploma, “Vokal” nominasiyasında (Müslüm Maqomayevin “Azərbaycan” mahnısı) 2-ci yerə layiq görülmüşdür. Ümumilikdə festivalda Rusiyanın müxtəlif regionlarından, həmçinin Azərbaycandan və Qazaxstadan olan 43 kollektiv iştirak etmişdir.

    Həştərxan vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri nəticəsində əldə olunmuş regionlar arası humanitar əməkdaşlıq dəstəyi razılaşmalarına uyğun olaraq Azərbaycan kollektivinin dəvət olunmasında OAOU DOD “Uşaq və gənclər inkişafı vilayət mərkəzi”nə təşkilati dəstəyi Azərbaycan Rossotrudniçestvo nümayəndəliyi göstərmişdir. Göstərilən razılaşmalar çərçivəsində fəaliyyət davam olunacaq. Hal hazırda Nümayəndəliyin iştirakı ilə S.Vurğun adına Azərbaycan Rus dram teatrının və Həştərxan dram teatrının 2011-ci ildə mübadilə qastrollarının keçirilməsi haqqında danışıqlar aparılır.

    Gənc artistlər “Xorovod drujbı” I Beynəlxalq müsahibə-festivalın təşkilat orqanı adından Rossotrudniçestvo nümayəndəliyinə Festivalın diplomunu və təşəkkür məktubunu təqdim etdilər. Nümayəndəlik rəhbəri Ə.Şeyxov beynəlxalq müsabiqənin iştirakçılarını təbrik etdi, RİMM adından xatirə hədiyyələri təqdim edib, gələcək yaradıcılıq uğurları arzu etdi.

     

    Günay

     

    Günay

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100