26 noyabr tarixində Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Azərbaycan məktəbində rus dili tədrisinin milli-mədəni xüsusiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfrans Rossotrudniçestvo Nümayəndəliyi və Rusdilli təhsil müəssisələri Assosiasiyası tərəfindən təşkil olunmuşdur. 50-dən artıq müəllim və metodistin iştirak etdiyi seminar Azərbaycanda Rusiya Federasiyası Səfirliyi, Azərbaycan Təhsil Nazirliyi və Rossotrudniçestvo nümayəndəliyinin pilot layihələrin realizasiyasına yardım birgə planına müvafiq keçirilmişdir.
Konfransda Bakı Dövlət Universiteti, filologiya fakültəsi rus dili kafedrasının dosent və müəllimləri L.Quliyeva, T.Xaspolatova, E.Rzayeva və N.Bədəlova iştirak etmişlər.
Dəyirmi masanın iştirakçıları “Aərbaycan məktəbində rus dilinin tədrisi təcrübəsində informasiya-komunikasiya texnologiyaları”, “Müasir təlim məkanında müəllim və şagirdlər”, “Rus dilinin tədrisində rus dili və ədəbiyyat dərsliklərinin rolu” mövzusunda məruzələri dinləyib müzakirə etdilər. Konfransın gedişatında məruzəçilər iştirakçıları kafedrada işlənib hazırlanmış dərslik və vəsaitlərlə tanış etdilər, təlim prosesinin səviyyəsinin yüksəldilməsi, rus dilinin öyrənilməsində müasir material və texnologiyaların səmərəliliyi ilə bağlı sualları cavablandırdılar.
Rossotrudniçestvo rəhbərinin müavini M.A.Ustinov konfrans iştirakçılarına öz işində ən yeni nəşr və elektron vəsaitlərinə, kompyuter proqramları və əyani vəsaitə malik RİMM-in Rus dili Tədris metodik Mərkəzin imkanlarından istifadə etməyi təklif etdi.

