29 noyabr tarixində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Aleksandr Blokun 130 illiyinə və İvan Buninin 140 illiyinə həsr olunmuş şer ifaçılarının müsabiqəsi keçirilmişdir.
Müsabiqədə Bakı və Sumqayıt şəhərləri məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Münsiflər heyətinə “Günay” uşaq teatrının baş rejissoru L.Tarusova, Azərbaycan rusdilli müəllimləri Assosiasiyasının sədri L.Yakunina, Azərbaycan Yazıçılar İttifaqının üzvü, “Rodnik” Ədəbi birliyin rəhbəri V.Əfəndiyeva və RİMM-in əməkdaşı İ.Ustinova daxil idilər.
Gənc ifaçılar A.Blokun və İ.Buninin şerlərini ifa edərək dahi yazıçıların yaradıcılığına bələd olduqlarını nümayiş etdilər. Alon Raxamimovun, Gülarə İsmayılovanın və Leyla Qurbanovanın çıxışı daha çox maraq doğurdu.
Qaliblər nəticələr tam nəticələr əldə olunduqdan sonra mükafatlanacaqlar.
