Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində S. A. Gerasimov adına ÜDKİ-nin 90 illiyinə həsr olunmuş gecə
    Çap versiyası | Baxılıb 608

    2009-cu il oktyabrın 27-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində S. A. Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) yaradılmasının 90 illiyinə həsr olunmuş gecə keçirilib.

    Gecəyə ÜDKİ-nin məzunları olan tanınmış Azərbaycan kinematoqrafçıları, yaradıcı ziyalılar - şairlər, yazıçılar, rəssamlar, ictimai xadimlər toplaşıblar.

    Tanınmış kinorejissor Ziya Şıxlinski postsovet məkanında rus mədəniyyətinin təsiri altında milli kinostudiyaların formalaşmasında ümumittifaq kino sənətinin «alma-mater»inin mühüm rolu olub.

    Gecə iştirakçılarını səmimi salamlayan Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Eldar Quliyev ÜDKİ-də təhsil aldığı illərlə bağlı xatirələrini bölüşüb.

    Gecədə iştirak edən tanınmış Bakı bardları Georgi Çernoqorov, Samir Rəcəbov, Elxan Çələbi və digərləri rus və Azərbaycan dilində mahnılar ifadə ediblər.

    ÜDKİ-nin məzunları olan Azərbaycan kino sənəti nümayəndələri rus mədəniyyəti və incəsənəti ilə birləşmənin vacibliyini qeyd ediblər. Gecə iştirakçıları Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yanında fəaliyyət göstərən və müntəzəm olaraq filmlər, o cümlədən premyeralar nümayiş etdirən Kinoklubla əməkdaşlığa dəvət olunublar.

    Gecənin sonunda ÜDKİ-nin tədris studiyasında 1953-cü ildə istehsal olunmuş «Şopenin qayıdışı» adlı film nümayiş etdirilib.

    Tədbirdə aparıcı rusdilli qəzetlərin əməkdaşları iştirak ediblər. «Lider», «Space», «AzTV» telekanallarında tədbir haqqında reportajlar nümayiş etdirilib.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100