Tanınmış tatar bəstəkarı Salih Saydaşevin 110-illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir
Çap versiyası | Baxılıb 174
23 dekabr 2010-cu il tarixdə Ü.Hacıbəyov adına Bakı Müsiqi Akademiyasının Böyük konsert zalında Rusiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Tuqan Tel” Respublika tatar mədəniyyəti cəmiyyəti tanınmış tatar bəstəkarı Salih Saydaşevin 110-illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirmişdir. Gecədə Akademiyanın təəbələri və “Tuqan Tel” tatar ansamblı çıxış etmişlər.
Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin Bakı Musiqi Akademiyasının rektoru F.Bədəlbəyliyə “İncəsənətdə nailiyyətlərə görə” Tatarstan Respublikası Mədəniyyət Nazirliyinin döş nişanını təqdim etdi. Akademiyanın müəllimlərinə fəxri fərmanlar təqdim olundu.
Azərbaycanın Rusiya həmvətənliləri təşkilatlarının Koordinasiya Şurasının sədri, “Tuqan Tel” tatar mədəniyyəti Respublika şurasının sədri G.K.Myasoutova həmçinin döş nişanı ilə təltif olunmuşdur.

Digər xəbərlər: