RİMM-də Yeni il səhərciyi
Çap versiyası | Baxılıb 237
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Yeni il şənlikləri 25 dekabr tarixində Rusiya Səfirliyinin dəstəyi ilə Azərbaycan tatar cəmiyyəti və Rossotrudniçestvo nümayəndəliyi tərəfindən birgə təşkil olunmuş uşaq səhərciyi ilə başladı. Bayram əhval-ruhiyyəsində bəzədilmiş zalda uşaqları Səməd Vurğun adına Rus dram teatrının və Azərbaycan Musiqili komediya teatrının aktyorlarının ifasında Şaxta Baba və Qarqız qarşıladılar.
Yeni il nağılının iştirakçıları yolkanın ətrafında dairə vuraraq nəğmə oxuyub, şer deyir, şən müsabiqə və viktorinalarda iştirak edirdilər. Azərbaycan tərəfindən “Avrovijn 2011” yarışmasında Azərbaycanı təmsil edəcək gənc müğənni Rinat Alimovun ifasında səslənən nəğmələr alqışlandı.
Tatar cəmiyyətinin sədri Elmira İlyazova uşaqlara bəxş etdikləri bayrama görə Rossotrudniçestvo nümayəndəliyinə minnətdarlığını bildirdi.


Digər xəbərlər: