Oktyabrın 13-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan vətəndaşı, Türkiyənin Antalya şəhərində yaşayan rəssam Nadir Hüseynova UNESCO-nun «Novaya era» Dünya Rəssamlıq Beynəlxalq Akademiyasının mantiyası və fəxri akademik diplomunun təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib.
Fəxri reqaliyaları rəssama Akademiyanın prezidenti, Çuvaşiyanın (Rusiya Federasiyası) əməkdar rəssamı Anatoli Silov təqdim edib.
Akademiyanın hazırda müxtəlif ölkələrdən 24-dən artıq üzvü var. Təsisçilər hesab edirlər ki, təşkilata üzv ölkələrin sayı 130-dan az olmayacaq. UNESCO-nun himayəsi altında yaradılmış bu mötəbər beynəlxalq humanitar rəssamlıq birliyində Azərbaycan öz fəxri nümayəndəsi olan ölkələrdən biridir.
Tədbir iştirakçılarının fikrincə, bu hadisə xalqlarımız arasında mədəniyyət sahəsində yaxınlaşma üçün daha bir addım olacaq.
Tədbirdə Azərbaycan rəssamları İbrahim Cəfərov, Eldar Qurbanov, yaradıcı ziyalılar, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
