Azərbaycanlılar Moskvada Yuriy Qaqarinin kosmosa uçuşunun 50 illiyinin qeyd olunmasında iştirak edəcəklər
Çap versiyası | Baxılıb 157
Cari ilin 6-9 aprel tarixlərində Moskvada Y.A.Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş Beynəlxalq gənclər konfransı keçiriləcək. Konfransda çıxış edən 185 nəfərin 125-i xaricdən gələcək.
Konfransda Azərbaycan nümayəndələri də iştirak edəcəklər. Bu, Səfirlik və Azərbaycanda Rossotrudniçestvo nümayəndəliyinin təşkili ilə keçirilmiş Y.A.Qaqarinin kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş müsabiqənin qalibləri Bakı Slavyan Universitetinin tələbələri İ.Malışeva, A.Malaxova, S.Rəhimova və Q.Dorofeyevadır.
Konfransın proqramına Ulduz şəhərciyinə səyahət, Uçuşların İdarə Mərkəzi və digər tədbirlər daxildir.
Digər xəbərlər: