Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    «Rus dili və ədəbiyyat fənninin innovasiya texnologiyalarının tətbiqi ilə öyrənilməsində yeni yanaşmalar» mövzusunda dəyirmi masa
    Çap versiyası | Baxılıb 625

    Sentyabrın 18-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) «Rus dili və ədəbiyyat fənninin innovasiya texnologiyalarının tətbiqi ilə öyrənilməsində yeni yanaşmalar» mövzusunda dəyirmi masa keçirilib.

    Tədbir «Rossotrudniçestvo»nun nümayəndəliyi - Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyası tərəfindən təşkil olunub.рикц

    Dəyirmi masada rus dili və ədəbiyyat müəllimləri, Bakı ümumtəhsil məktəb və litseyləri metodik birliklərinin sədrləri iştirak ediblər.

    RİMM əməkdaşı, Azərbaycan Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina ötən tədris ilinin yekunları barədə məlumat verib, RİMM-in layihələrində fəal iştirak etmiş təşkilatların adını çəkib, ümumtəhsil məktəb və litsey müəllimlərinin bu layihələrin həyata keçməsinə verdiyi töhfələrdən danışıb, RİMM-in vəzifələri, onun bazasında cari təhsil ilində keçiriləcək layihələrdən söz açıb. Dəyirmi masa iştirakçılarına S. Yeseninin ad günü və M. Lermontovun 195 illiyi münasibətilə rus dili və ədəbiyyatı üzrə keçiriləcək olimpiadalar barədə məlumat verilib.

    RİMM-in rus dili mərkəzinin metodistləri çıxışlarında tədris prosesində innovasiya texnologiyalarının istifadə olunması qaydaları barədə danışıblar. Tədbir iştirakçıları metodik mərkəzin iclaslarının və RİMM bazasında müəllimlər üçün məsləhətlərin keçirilməsi ilə bağlı perspektiv planla tanış olublar.

    Tədbirdə innovasiya texnologiyalarından istifadə olunmaqla keçilən videodərslər nümayiş etdirilib.

    Dəyirmi masada KİV nümayəndələri iştirak ediblər.

     

    рикц

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100