Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın Azərbaycandakı Səfiri “Lada” avtosalonunda
    Çap versiyası | Baxılıb 101

    28 oktyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfiri “Xəzər-Lada” ASC-nin Bakıda açılan yeni avtosalonunun (Binəqədi şossesi,50) açılışında iştirak etmişdir.  

    Yeni avtosalonun açılışında həmçinin “AVTOVAZ”ın satış və marketinq üzrə viseprezidenti A.Fedosov və “Xəzər-Lada” ASC-in prezidenti F.Qaımzadə iştirak etmişlər.

    Yeni avtosalon son illərdə inkişaf emiş nailiyyətlərin və texnologiyaların istifadəsi ilə müasir beynəlxalq standartlara uyğun inşa edilmişdir.   “VAZ” markasının yüksək satışı “Xəzər-Lada” ASC-nin uğurlu fəaliyyətini təsdiq edir. Hər il kompaniya tərəfindən satılmış avtomobillərin sayı 10 min ədəd təşkil edir. Yeni avtomobillərin satışı isə son illərdə  36,6%-dən 53%-ə çatıb. Satış həcminə görə “Lada” Azərbaycanda birinci yerdədir.

    “Xəzər-Lada” ASC “AVTOVAZ” AC-nin baş idxalçısı və rəsmi distribüteridir.  Azərbaycan avtomobil bazarında “Xəzər-Lada” ASC aparıcı yerlədən birini tutur. Şirkətin Azərbaycan ərazisində 40-dan artıq “VAZ” markalı avtomobillərin texniki xidmət stansiyaları fəaliyyət göstərir. Ölkənin bir sıra şəhər və kəndlərində iki və daha artıq stansiya mövcuddur. Daha böyük stansiyalar Bakı, Gəncə, Lənkaran, Masallı, Ağdaş və Xaçmaz şəhərlərində yerləşir. Bu stansiyalar bütün lazımı avadanlıqla təchiz olunub.

    Açılış mərasimində çıxış edən V.Doroxin qeyd etdi ki, “Lada”nın Azərbaycanda geniş yayılması bir növ Rusiya-Azərbaycan dostluq brendinə çevrilib. Səfir “Lada”nın Azərbaycan bazarında layiqli yer tutmasında Rusiya və Azərbaycan peşəkarlarının yüksək səviyyəli fəaliyyətini qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...
    » Rusiya Federasiyasının ərazisinə avtomobil vasitələrilə ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın diplomat işçilərinin günü münasibətilə Rusiya ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100