Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    «Sabantuy» tatar milli bayramı
    Çap versiyası | Baxılıb 487

    2009-cu il avqustun 9-da Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə «Tuqan tel» Tatar Mədəniyyəti Respublika Cəmiyyəti və «Yaşlek» Azərbaycan Tatar Gəncləri Mərkəzi Atçılıq Klubunda 500 nəfərin iştirakı ilə «Sabantuy» tatar milli bayramı keçirib. Bayramda səfir V. D. Doroxin başda olmaqla səfirliyin əməkdaşları, Tatarıstanın Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, Tatarıstan mədəniyyət nazirinin müavini İ. X. Ayupova, dövlət orqanlarının, soydaşlar ictimai təşkilatlarının və dipkorpusun nümayəndələri iştirak ediblər.

    «Sabantuy»da «Tuqan tel» tatar ansamblı, «Yaşlek» gənclər kollektivi, İsmayıllı rayonunun İvanovka kəndinin xoru, Ukrayna icmasının qrupu çıxış ediblər. İştirakçılar arasında çoxsaylı yarışlar da keçirilib. Onlar arasında çiyin ağacı ilə qaçış, küreş (dəsmallarla güləş), pəhləvanların güləşi, idman daşı qaldırma, «Tatar gəlini» qızlar üçün müsabiqə, rəqs, mahnı və digər yarışmalar keçirilib. Bayram iştirakçılarına «Çak-çak» tatar milli yeməyi təqdim olunub.

     

    sabantuy

     

    sabantuy

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100