Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    V. M. Şukşinin 80 illiyinə həsr olunmuş ədəbi gecə
    Çap versiyası | Baxılıb 466

    İyulun 24-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində yazıcı, ssenarist, kinorejissor və aktyor V. M. Şukşinin 80 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib. Gecədə yaradıcı ziyalılar, ədəbiyyatçılar, Bakının məktəb və ali məktəblərinin rus dili və ədəbiyyat müəllimləri, Rusiya soydaşlarının ictimai təşkilatlarının nümayəndələri, tələbələr, KİV təmsilçiləri iştirak ediblər.

    Gecənin aparıcısı Bakı Slavyan Universitetinin dosenti Antonina Tretyakova görkəmli yazıçının həyat və yaradıcılığının az məlum olan səhifələrindən, onun ədəbi taleyində baş vermiş gözlənilməz dönüşlər barədə danışıb.

    Maraqlıdır ki, Bakı V. Şukşinin həyatında xüsusi rol oynayıb: 1974-cü ilin aprelində məhz burada keçirilmiş 7-ci Ümumittifaq Kinofestivalında «Qırmızı kalina» filmi əsas mükafata layiq görülüb.

    Çıxış edənlər həyatda formalaşmalarında V. Şukşinin yaradıcılığının oynadığı rol barədə fikirlərini bölüşüblər. Çıxışlar yazıçının çəkdiyi filmlərdən kadrlar, həyat və yaradıcılıq yolunu əks etdirən epizodlar, ailə arxivindən nadir videoroliklərin nümayişi ilə müşayiət olunub.

    Gecənin sonunda «Qırmızı kalina» bədii filmi nümayiş etdirilib.

    Tədbir haqqında reportaj AzTV dövlət telekanalı ilə yayımlanıb.

     

    şukşin

     

    şukşin

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100