Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    «Salam, Rusiya!» aksiyası
    Çap versiyası | Baxılıb 580

    Salam, Rusiya!» tədris-təlim ekskursiyasında olmuş 45 nəfərdən ibarət qrup Bakıya qayıdıb. Həmin qrupa Bakı, Sumqayıt, Şamaxı, Masallı, Balakən və Zaqataladan olan, Rusiyanın tarixi və mədəniyyətinə dair olimpiada və müsabiqələrin qalibləri daxildir. Onların səfərləri çox zəngin və maraqlı olub - Sankt-Peterburqun tarixi yerləri, Çarskoe Selo, Peterqof, Pavlovsk, Puşkin, Velikiy Novqorod şəhərlərində olublar.

    Aksiya xaricdə yaşayan soydaşlarla iş üzrə hökumət proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Rusiya soydaşları təşkilatları ilə əməkdaşlıq nəticəsində səfirlik tərəfindən təşkil olunub.

    Bir neçə şagird fərmanla mükafatlandırılıblar:

    Rəcəb-zadə Abdin. Masallı rayon Bala Kolatan məktəbinin şagirdi. Rusiya tarixi üzrə dərin biliklərə görə.

    Ulyaşina Olesya Romanovna. Xoreoqrafiya məktəbi, 9-cu sinif.

    Milli rəqs ifa etdiyinə və ekskursiyalarda fəal iştiraka görə.

    Zveryeva Svetlana Vladimirovna. 20 saylı məktəb, 10-cu sinif. Klassik əsərləri ifa etdiyinə və Rusiya tarixi və mədəniyyətinə marağına görə.

    Quliyev Ərəstun. Bakı İncəsənət Gimnaziyası. Milli rəqs ifa etdiyinə və Rusiya tarixini dərindən bildiyinə görə.

    Zborovskaya Mariya Aleksandrovna. Şamaxı şəhəri, 10-cu sinif. Rusiya tarixini bildiyinə görə.

    Quliyev Tamerlan. 23 saylı məktəb. Rusiya incəsənəti və mədəniyyətinə marağına görə.

    Əsgərov Teymur Yuryeviç. 145 saylı məktəb. Rusiya mədəniyyətinə marağına görə.

    Zveryev Vladimir İliç. Qrup rəhbəri. Uşaqlara diqqətli münasibətə və istənilən situasiyada kömək etməyə hazır olduğuna görə.

    Səfər zamanı şagirdlər «Şuvalovka» Etnoqrafik Mərkəzində, Petropavlovsk qalası, Pavlovsk, Puşkin şəhərlərinin imperator sarayları, park ansamblları ilə tanış olublar, Çarskoye Selo şəhərində Yekaterina Sarayı, Aleksandrovski park, Sankt-Peterburq şəhərində Aleksandro-Nevskaya Lavra, Svyato-Troitski kilsəsi, Rus Muzeyi, Rusiya Xalqlarının Etnoqrafiya Muzeyi, Velikiy Novqorod şəhərində Novqorod Kremli, Sofiya kilsəsi və Kamennı kilsə ilə tanış olublar, müxtəlif əyləncəli tədbirlərdə, idman tədbirlərində, kitab evində, Puşkinin adı ilə bağlı yerlərdə, «Qoqol Peterburqda» ekskursiyasında və digər görməli yerlərdə olublar.

     

     

    salam rusiya

     

    salam rusiya

     

    salam rusiya

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100