Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiyanın əməkdar artisti Emin Babayevin Bakıda Milli Vəhdət Gününə həsr olunmuş konserti
    Çap versiyası | Baxılıb 476

    Noyabrın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında populyar estrada müğənnisi, Rusiyanın əməkdar artisti Emin Babayevin Rusiya Federasiyasının dövlət bayramı - Milli Vəhdət Gününə həsr olunmuş konserti keçirilib.

    Tədbir «Rossotrudniçestvo»nun xətti ilə, «Qoskonsert» FDUM-la birlikdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.

    «Rossotrudniçestvo»nun nümayəndəliyinin rəhbəri Ə.Şeyxov Mahnı Teatrında toplaşmış həmvətənlərin təşkilatlarının, onların gənclər şöbələrinin, ictimaiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələrini bayram münasibətilə təbrik edib.

    Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri V.D.Doroxin və xanımı iştirak ediblər.

    Konsert böyük müvəffəqiyyətlə keçib.

    Müğənninin ifasında həm rusiyalı, azərbaycanlı və əcnəbi müəlliflərin estrada klassikasına çevrilmiş populyar əsərləri, həm də müasir bəstəkarların əksəriyyəti məhz E.Babayev üçün yazılmış yeni mahnıları səslənib.

    Tamaşaçılar ifaçını mehribanlıqla qarşılayaraq, təşkilatçılara Rusiya musiqi sənəti pərəstişkarları üçün Milli Vəhdət Gününə həsr olunmuş bu bayram hədiyyəsinə görə təşəkkür ediblər.

    Tədbir mətbuatda geniş işıqlandırılıb. AzTV dövlət telekanalında tədbir barədə veriliş yayımlanıb.

     

    behbudov

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100