Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Azərbaycan Rus İcmasının üçüncü qurultayı, 6 noyabr 2009-cu il
    Çap versiyası | Baxılıb 512

    Noyabrın 6-da Bakıda 300 nəfər nümayəndənin iştirakı ilə Azərbaycan Rus İcmasının qurultayı keçirilib. Qurultayda iştirak ediblər:

    Rusiya prezidenti administrasiyasının əməkdaşı O.Maksimov, Rusiya Həmvətənləri Beynəlxalq Şurasının rəyasət heyətinin sədri qraf P.Şeremetyev, knyaz D.Romanov, Həştərxan vilayətinin beynəlxalq əməkdaşlıq naziri D.Afanasyev, «Russikiy mir» Fondunun icraçı direktorunun müavini V.İstratov, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru E.Quliyev, Moskva hökumətinin və Saratov, Ryazan və Murmanskdakı Azərbaycan diasporlarının nümayəndələri.

    Azərbaycan Prezident Aparatının şöbə müdiri Ə.Həsənov Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Müraciətdə deyilir ki, «ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatın bütün sahələrində geniş təmsil olunan ruslar ölkədə gedən böyük yenidənqurma və quruculuq işlərində, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində yaxından iştirak edirlər».

    Daha sonra sənəddə rus icması bundan sonra da «cəmiyyətdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə» əminlik vurğulanıb.

    Qurultayda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin

    həmvətənlərə dəstək verilməsinin Rusiya hökumətinin siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və Rusiya hökumətinin rus icmasına hər zaman yardım edəcəyini dilə gətirib.

    Daha sonra səfir qeyd edib ki, Azərbaycan sosial tolerantlığın yüksək səviyyədə olduğu bir ölkədir və ölkədə milli azlıqların öz milli-mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb.

    Qurultayda icmanın son 5 il ərzində fəaliyyətinin yekunları müzakirə olunub. Qeyd olunub ki, hazırda İcma özündə 48 rayon, şəhər və regional təşkilatlara üzv olan 68 min nəfəri birləşdirir. Qurultayın yekunu olaraq qəbul olunmuş Qətnamədə Rus İcması Respublika şurasının işi qənaətbəxş hesab olunub.

    Rus dilinin, mədəniyyətinin və ənənələrin təbliği, gənclərin Rusiyanın ali məktəblərində davam etdirməsi, «Moskva merinin təqaüdü» layihəsinin icrası, icmanın təşkilati cəhətdə möhkəmlənməsi təşkilatın fəaliyyəti müsbət qiymətləndirilib.

    Qurultayda rus dilinin respublikada istifadəsinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunmasının vacibliyi vurğulanıb.

    Daha sonra respublikanın dövlət dili olan Azərbaycan dilinin öyrənilməsində ruslara yardım edilməsinin zəruriliyi qeyd olunub.

    Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə hazırlıq dövründə Qələbənin əhəmiyyəti, alman faşizminin darmadağın edilməsində Sovet Ordusunun rolunun təbliği, müharibə və əmək veteranlarına diqqətin artırılması, onlara maddi və sosial yardım göstərilməsi, onların müalicə və istirahətinin təşkili üçün tutarlı tədbirlərin görülməsi nəzərdə tutulub.

    Respublikanın ictimai təşkilatları, Milli və mədəni mərkəzləri, həmvətənlərin təşkilatları ilə daha sıx əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb.

    Növbəti 5 il müddətinə İcmanın sədri vəzifəsinə yekdilliklə M.Zabelin seçilib.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100