Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         




    Rusiyanın Azərbaycandakı səfiri Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadəyə Rusiya Federasiyası Prezidentinin minnətdarlığı əks etdirilmiş diplomu təqdim etmişdir
    Çap versiyası | Baxılıb 493

    Qafqaz müsəlmanları İdarəsində keçirilən mərasimdə çıxış edən Səfir belə deyib:
    "Bu il mayın 12-də Rusiya Federasiyasının prezidenti V.V.Putin xalqlar arasında konfessiyalarara sı və sosial-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Sizə təşəkkürümü bildirmək üçün qərar qəbul edib.
    Mənə bu barədə Sizə xəbər çatdırmaq və müvafiq diplom təqdim etmək tapşırılıb. Prezidentin yazılı təşəkkürü Rusiya dövlət mükafatıdır və onun Rusiya Federasiyasının orden və medallar iyerarxiyasında öz yeri var. Möhtərəm şeyx, Sizdə artıq Rusiya və SSRİ ordenləri var. Lakin buna görə bu mükafatın əhəmiyyəti azalmır.
    Bir tərəfdən bu Siz seçdiyiniz işin səviyyəsini yüksək tutmasının sübutu, digər tərəfdən Rusiyada xidmətlərinə görə layiqli duymaq və qiymətləndirməyi unutmayıblar.
    Sizin işinizin nəticələri ilk öncə unikal tolerant şərait yaradılmış Azərbaycanda görünür. Bu sahədə unudulmaz Ümumilli lider Heydər Əliyev və onun davamçısı İlham Əliyevin xidmətləri haqqında çox danışılıb. Hazırda da onları yada salmaq artıq olmazdı. Lakin sizin, hörmətli Şeyx-ul-islam, şəxsi töhfəsiniz də az deyil. Azərbaycanı çiçəklənən, sabit görməkdə maraqlı olan Rusiyada bunu aydın görür və başa düşürlər.
    Uzun illərdir ki, siz Qafqaz müsəlmanları idarəsinə başçılıq edirsiz. Bu struktur hələ Rusiya imperiyası zamanında yaradılmışdır. SSRİ dövründə onu qapatıb sonra bərpa etdilər. Bu gün bəzi insanla dini azadlıqlar şəraitində bu idarənin nəyə gərək olduğunu soruşurlar. Buna baxmayaraq sizin öz vəzifələrini necə yerinə yetirdiyinə biz həsəd aparırıq. Çünki siz bu işi şöhrətə, məğrurluğa görə yox, ancaq Qafqazda dinlərarası sülhə görə edirsiniz. Siz bu regionda həmrəyliyin möhkəmlənməsinə real töhfə verirsiniz.
    Azərbaycanda müsəlmanlar və pravoslav xristianların arasında yaranmış münasibətlər haqqında danışmaya bilmərəm. Nə zamansa Patriarx Aleksiy bu fenomen haqqında demişdi ki, Xristos üzrə qardaşlarla katolikların münasibətlərə nisbətən RPK və müsəlmanların münasibətləri daha yaxşıdır. Azərbaycanda bu barədə artıqlaması ilə danışmaq olar. Azərbaycandakı Rus Pravoslav Kilsəsinin və Qafqaz müsəlmanları idarəsinin münasibətləri digər ölkələrə nümunə ola bilər.
    Həmçinin Sizin beynəlxalq ekumenik dialoqun inkişafında səylərinizi, MDB dinlərarası şurasının yaradılmasında töhfənizi, beynəlxalq dini və ictimai həyatda iştirakınızı qeyd etmək istərdim.
    Müasir dünya böyük təhlükə ilə üzləşib. Nüfuzlu və pozucu qüvvələr öz geosiyasi məqsədlərinə çatmaq naminə aparıcı dinləri üz-üzə qoymağa çalışırlar. İslam dövləti adlanan İŞİD isə iblis qüvvəsinə çevrilib.
    Diplomatlar "diplomatik cəbhə" ifadəni işlətməyi sevirlər. Lakin bu nitq fiqurundan başqa heç bir şey deyil.
    Heç kim bu cəbhədə həlak olmur və hətta xəsarət almır. Dinlərarası münaqişələr isə son vaxtlar qanlı xarakter almışdır. Və siz, Əlahəzrət, bu gün bu cəbhənin ön xəttində durmusunuz.
    Qoy bu Prezident V.V.Putinin sizin ünvanınıza jesti amamiləməmnunluq hissi oyatsın, həmçinin sizin üçün Azərbaycan, bütün Qafqazın naminə gördüyünüz işə enerji mənbəyi olsun. Axı Rusiya və Azərbaycan Qafqazın bir hissəsidir.


    Digər xəbərlər:






      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100