Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         




    Rusiya Günü bayramı haqqında
    Çap versiyası | Baxılıb 350

    İyunun 8-də Rusiya Günü dövlət bayramı münasibətilə qəbul keçirilib. Onun qonaqları Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycan, Rusiya və xarici şirkətlərin əməkdaşları, jurnalistlər, din, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun təmsilçiləri olub.

    Qonaqlar qarşısında çıxış edən Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin dedi:

    «Əziz dostlar,

    İlk növbədə, Rusiya milli Günü münasibətilə bayrama dəvəti qəbul etdiyinizə görə, Sizə təşəkkür edirəm.

    Bu bayramın 25 yaşı tamam olur. 12 iyun 1990-cı ildə RSFSR Xalq deputatları qurultayı "RSFSR-in dövlət müstəqlliyi haqqında bəyannaməsini” qəbul etmişdir. Bununla Rusiya Federasiyası SSRİ tərkibində öz müstəqilliyi haqqında bəyanat verdi. Bu qərar Rusiyanın minillik tarixində yeni mərhələyə qədəm qoydu.

    25 il ərzində Rusiya mürəkkəb yol keçdi. Əlbəttə, hər şey alınmadı və alınmır. Lakin, fundamental iqtisadi proseslər, sanksiyalar səbəbindən əmələ gələn sınaqlardan Rusiya keçir və bu o deməkdir ki, ölkə düz yoldadır.

    25 il ərzində Rusiya dünya siyasətində öz yeni yerini tapdı, milli maraqlarını dərk etdi. Biz bundan sonra da bu maraqlarını ardıcıl müdafiə edərək, bununla belə digər ölkələrin maraqlarını tanıyacaq, beynəlxalq hüquq əsasında hərəkət edəcəyik.

    Ötən 25 il Azərbaycan və Rusiyanın münasibətləri müsbət irəliləməklə qeyd olunub. Onların əsasında milli maraqlarımıza cavab verən prinsiplər durur. Qarşılıqlı hörmət, müstəqilliyin və ərazi bütövlüyün şəksiz tanınması, münasibətlərin ikitərəfli maraqlar nöqteyi-nəzərdən qurmaq.

    Azərbaycanın səmimi dostu kimi Rusiya onun müvəffəqiyyətlərinə sevinir. Rusiya onun cənub sərhədlərində güclü, sabit və çiçəklənən qonşunun mövcudluğunda maraqlıdır və ölkənizə müvəffəqiyyətlər arzulayır.

    Birdə mənim Rusiya günü münasibətilə keçirilən tədbirə dəvətimizi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm».

    Təbrik sözü ilə Azərbaycan Respublikası adından nəqliyyat Naziri Z.Ə.Məmmədov çıxış etdi.

    Səfir, Rusiya Federasiyasının Prezidenti V.V.Putinin 7 may tarixli sərəncamına uyğun olaraq "Rusiya Federasiyası ilə ticarət-iqtisadi və mədəni əlaqələrin inkişafına, dostluğun və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə” tanınmış kinorejissor, kinodramaturq, "SPACE TV” telekanalının icraçı direktoru V.B.Mustafayevə "Dostluq” ordenini təqdim etdi.

    Digər xəbərlər:






      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100