Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         




    Rusiya Səfirinin M.V.Lomonosov ad. MDU-nin Bakı filialında məzunlara diplom təqdim etmə mərasimində iştirakı haqqında
    Çap versiyası | Baxılıb 418

    İyulun 16-da Rusiyanın Azərbaycandakı Səfiri V.D.Doroxin M.V.Lomonosov ad. MDU-nin Bakı filialında məzunlara diplom təqdim etmə mərasimində iştirak etdi.

    M.V.lomonosov adına Moskva dövlət universitetinin filialı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2008-ci il tartixli Sərəncamı və MDU-nun rektorunun 26 sentyabr 2007-ci il tarixli 2621 saylı Əmri əsasında yaradılmışdır. Onun rəsmi açılışı 2009-ci ilin fevralın 27-də keçirilmişdir. 2012-ci il sentyabrın 26-də yeni tədris kompleksi açılıb. Filialın 5 fakültəsində 400 tələbə və 50 magistrant rus dilində təhsil alır.

    2015-ci ilin məzunları 117 nəfərdir - 90 bakalavr və 27 magistr. Bu, bakalavrlar üçün 4-cü, magistrlər üçün isə 2-ci buraxılışdır (psixologiya fakültəsi üçün - 1-ci).

    Mərasimdə çıxış edən Səfir növbəti tədris ili uğurla başa çatması ilə əlaqədar rektor N.Paşayeva başda olmaqla məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik etdi. Səfir, Rusiya-azərbaycan əməkdaşlığı ancaq ticarət, siyasət, hərbi əməkdaşlıqdan ibarət olmadığını vurğulayaraq, bu münasibətlərdə universal dəyərlərin ötürülməsi, yəni biliklə bağlı lahiyələrin mövcudluğundan məmnun olduğunu bildirdi. Səfir məzunlara Azərbaycanın rifahı naminə bu biliklərin tam potensialını reallaşdırmalıyıq arzulayaraq qeyd etdi ki, Rusiya onun ən yaxın qonşusunun və dostunun inkişafında səmimiyətlə marağındadır.

     
    Digər xəbərlər:






      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100