Noyabrın 23-də Bakıda VTB Bankı ASC-nin törəmə şirkəti olan VTB Bank Azərbaycan ASC-nin ofisinin təntənəli açılış mərasimi olub.
Tədbirdə Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, Bank VTB ASC-nin İdarə Heyətinin Prezident-Sədri Andrey Kostin, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfiri və birsıra digər şəxslər iştirak ediblər.
2009-cu ilin noyabrın 1-nə olan məlumata görə, VTB Bank Azərbaycan ASC-nin aktivləri 16,06 milyon manat (20,0 milyon ABŞ dolları), nizamnamə kapitalı isə - 7,815 milyon manat (9,7 milyon ABŞ dolları) təşkil edib.
VTB Bank Azərbaycan ASC-nin səhm kapitalı Bank VTB ASC (səhmlərin 51%-i), «AtaHoldinq» ASC (48,99%) və bir fiziki şəxs (0,01%) arasında bölüşdürülüb.
VTB Bank Azərbaycan ASC geniş spektr bank xidmətləri təklif edən universal bank kimi inkişaf etmək niyyətindədir.
İlkin mərhələdə Bank işini korporativ müştərilərə xidmət göstərilməsinə və xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində quracaq.
Gələcəkdə VTB qrupu Azərbaycanda biznesin pərakəndə, sərmayə qoyuluşu və digər istiqamətlərini də inkişaf etdirmək niyyətindədir.
Bank VTB ASC-nin İdarə Heyətinin Prezident-Sədri Andrey Kostin mərasimdə açıq şəkildə bəyan edib ki, «Azərbaycanın çox böyük sənaye və ticarət potensialına malikdir və bu, regionu investisiyalar üçün cəlbedici edir. MDB ölkələri VTB qrupu üçün prioritet bazardır. Azərbaycan bazarına çıxış – məntiqi addımdır və bu addım VTB qrupuna MDB ölkələrinin inkişaf nöqteyi-nəzərindən daha perspektivli bazarlarını əhatə etməyə imkan verəcək».
Arayış:
VTB qrupu Azərbaycanın bank bazarına 2008-ci ilin sonunda, daha sonra isə 2009-cu ilin martın 11-də çıxıb. VTB Bank Azərbaycan ASC-yə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən №06/06-634 saylı bank lisenziyası verilib.
VTB qrupu Rusiyanın aparıcı maliyyə qruplarından biridir. Qrupp Rusiya və MDB ölkələrində zəngin iş təcrübəsinə və 20-dən artıq ölkədə nümayəndəliklərə malikdir.
VTB-nin əsas səhmdarı 85,5%-lik payla – RF Hökumətidir.
Digər səhmdarların nizamnamə kapitalında payı 7,01%-lik qlobal depozit təqsimlərinin sahiblər də daxil olmaqla, cəmi 14,5%-dir.
VTB Rusiyada, bəzi MDB ölkələrində, Qərbi Avropa, Asiya və Afrika ölkələrində geniş spektr korporativ, pərakəndə və sərmayə bank xidmətləri təklif edir.
2009-cu ilin iyunun 30-na olan məlumata görə, VTB qrupu aktivlər (3 637,3 mlrd. rubl) və müştəri vəsaitləri üzrə (1 561,8 mlrd. rubl) Rusiyanın ikinci iri maliyyə qrupu olub.
VTB-nin Rusiyada, MDB və Avropada regional şəbəkəsi 966 satış nöqtəsindən ibarətdir ki, bunun sayəsində də qrup Rusiyanın Ən iri pərakəndə banklar üçlüyünə daxildir.
VTB-nin 2008-ci ildə əsası qoyulmuş İnvestisiya biznesi çərçivəsində Moskva, London, Sinqapur və Dubayda əməliyyatlar həyata keçirilir. Daha geniş məlumatla www.vtb.ru internet saytında tanış olmaq olar.
2003-cü ildə fəaliyyətə başlamış «AtaHoldinq» ASC iqtisadiyyatın müxtəlif sahələrinə, maliyyə və intellektual resurslara, o cümlədən investisiyalar hesabına əmələ gəlmiş qeyri-rezidentlərin resurslarına sərmayə qoyuluşu həyata keçirir və fəaliyyəti əsasən maliyyə, sənaye, telekommunikasiya və İT, xidmətlərinin, tikintinin və turizm sahələrinin inkişafına yönəlib.
«AtaHoldinq» ASC sosial proqramlarda, xeyriyyə tədbirlərində iştirak edir, habelə mədəniyyət və incəsənətin inkişafı, təhsil səviyyəsinin yüksəldilməsi layihələrini dəstəkləyir.
2009-cu ilin sentyabrın 30-na olan məlumata görə «AtaHoldinq» ASC-nin aktivlərinin həcmi 308,8 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 39,0 milyon manat və ya 39% çoxdur.
Həmin tarixdə «AtaHoldinq» ASC-nin maliyyə yatırımlarının həcmi 116,1 milyon manat bərabər olub. «AtaHoldinq» ASC-nin ödənilmiş kapitalının həcmi isə 69,8 milyon manat təşkil edir.
Daha geniş məlumatla www.ataholding.az saytında tanış olmaq olar.


