Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         




    Azərbaycandakı Rusiyanın səfiri milli mətbuatın yubileyi münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib
    Çap versiyası | Baxılıb 614

    İyunun 21-də Rusiyanın Azərbaycandakı Səfiri Rusiya informasiya-mədəni mərkəzində milli mətbuatın 140-illiyi münasdibətilə təşkil edilmiş tədbirdə iştirak etdi.

    Tədbirdə çıxış edən Səfir milli mətbuatın 140-illiyi ilə Azərbaycan jurnalistlərini təbrik etdi. O, daha sonra dedi: "Azərbaycan media haqqında mən kənar müşahidəçi kimi yox, maraqlı tərəf kimi danışıram. Hər hansı səfir öz iş gününü yerli qəzetləri oxumaqdan, informasiya agentliklərin və televiziya kanalların məlumatları ilə tanış olmaqdan başlayır. Mən də belə edirəm. Ölkədə nələr baş verdyi haqqında ilk təəssüratları mətbuatdan alıram. Sonra onlara görüşlərdən nəsə əlavə olunur, lakin ilk məlumatlar KİV-lərdən gəlir. Ona görə mən marağındayam ki, Azərbaycan mətbuatı obyektiv məlumatlar versin və onlara arxayın olaraq lazım olduqda ciddi siyasi nəticələr çıxarmaq olsun.

    İkinci (bunu da hər səfir edir) – Rusiya haqqında KİV-lər necə yazdığını izləyirəm. Məmnunluqla Rusiyaya olan marağı qeyd etmək istəyirəm. Aydın məsələdir ki, sizin bu mövzuya müraciətiniz Rusiyaya minnət deyil. Bununla belə yerli jurnalistlərin bu barədə şəxsi fikirlərinin izləmək maraqlıdır.

    Azərbaycanda mətbuat azadlığı məsələsi dünyada tez-tez müzakirə olunur. Bu barədə mənə sual versəydilər, deyərdim ki, Rusiya ilə bağlı yazılarda Azərbaycanda söz azadlığı 100, yaxud bundan da çox faizlə təmin olunur. Burada bütün fikir müxtəlifliyinə rast gəlmək mümkündür: Moskvanın hərəkətlərinin dəstəkləməkdən onların tam inkarına kimi. Rusiya haqqında tənqidi yazılara münasibətimiz tam normaldır və belə də olacaq. Bu həqiqətən söz azadlığıdır. Əsas odur ki, söz azadlığı faktlara hörmət və onların ifadəsində nəzakətliliyə əsaslansın.

    Yubiley günündə müasir Azərbaycanın fenomeni olan rusdilli media məkanından söz açmamaq düzgün olmazdı. Deyirlər ki, Azərbaycanda sovet dövrünə nisbətən rusdilli nəşrlərin sayı daha çoxdur. Lakin söhbət rəqəmlərdən getmir. Məsələ ondadır ki, Azərbaycanda vətəndaşlara istədiyi dildə məlumat almaq şəraiti yaradılıb. Təbii ki, Rusiyada biz bunu görürük. Rusdilli KİV-lərin inkişafı Rusiya-Azərbaycan münasibətlərin müsbət faktorudur.

    Səfirliyin fəaliyyətinə diqqətinizə görə təşəkkür edirəm. Hiss edirik ki, saytımız tələb olunandır. Belə bir hal olmamışdır ki, siz bizim dəvətlərimizi cavabsız qoyasınız. Əksinə, sizin müsahibə və şərhlər barədə müraciətlərini cavablandırmasını çatdıra bilmirik. Onların sayı çox olur, amma açığı, heç də hamısı maraqlı olmur.

    140-illiyə həsr olunmuş tədbirlərdə mətbuatın zəngin və ibrətli tarixi təhlil olunub. Azərbaycan müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoyandan sonra, bu tarixdə yeni mərhələ baş tutdu. Məlumdur ki, əgər mətbuat dördüncü hakimiyyət rolunu oynamırsa, dövlət həqiqətən güclü ola bilməz. Sözün əsil mənasında media nəinki təsirli olmalı, həm də hakimiyyət kimi məsuliyyəti hiss etməlidir. Bu yolda Azərbaycana böyük uğurlar arzulayırıq”.

     

    Digər xəbərlər:






      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Rambler's Top100