Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycan mətbuatının nümayəndələri ilə görüş
    Çap versiyası | Baxılıb 515

    rimm2009-cu il dekabrın 24-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat-klubu çərçivəsində Azərbaycan mətbuat nümayəndələri ilə görüş keçirilib. Tədbirdə son çatmaqda olan təqvim ilində görülmüş işlərin yekunları müzakirə olunub. «Rossotrudniçestvo»nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ə.Şeyxov jurnalistlər qarşısında çıxış edərək Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın və informasiya-mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi işində mətbuatın vacib rolunu qeyd edib və tədbirdə iştirak edən mətbuat nümayəndələrinə RİMM-lə fəal əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

    RİMM-lə daha fəal əməkdaşlıq edən mətbuat nümayəndələrinə minnətdarlıq məktubları və xatirə hədiyyələri təqdim olunub.

    Təltif olunmuşlar arasında «Novoye Vremya» qəzetinin baş redaktoru Şakir Ağayev, «Vışka» qəzetinin baş redaktoru Mədinə Həsənova, «Oko» qəzetinin baş redaktoru Əhməd Süleymanov, «Literaturnı Azerbaycan» jurnalının baş redaktorunun müavini Yelizaveta Qasımova, habelə Azərbaycanda elektron şəkildə yayımlanan və çap olunan KİV-lərin bir sıra tanınmış jurnalistləri var.

    Səmimi atmosferdə keçən mükafatlandırma mərasimində iştirak edən yazıçı Natiq Rəsulzadə, RİA Novosti Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan filialının rəhbəri Valeri Yenin, «Xəbərlər-Azərbaycan» Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə təltif olunmuş qələm sahiblərinə yeni yaradıcılıq uğurları arzulayıblar.

    Daha sonra Bakının tanınmış bard ifaçıları Samir Rəcəbov və Elxan Çələbi tədbir iştirakçıları üçün öz müəllif mahnılarını səsləndiriblər.

    Görüş jurnalistlərin qeyri-formal şəraitdə dostcasına ünsiyyəti ilə başa çatıb.

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100