Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    “Ədəbi əsərlər – 2009-cu ilin yubilyarları” layihəsinin yekunlarına dair tədbirlər barədə
    Çap versiyası | Baxılıb 651

    rimmAzərbaycanda «Rossotrudniçestvo»nun Nümayəndəliyi və Rus dilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının respublikanın bir çox məktəb, lisey və ali təhsil ocaqlarının iştirakı ilə keçirilən “Ədəbi əsərlər – 2009-cu ilin yubilyarları” adlı birgə layihəsinə yekun vurulur.

    Dekabrın 17-də Bakının Əzizbəyov rayonundakı 181 saylı orta məktəbdə «İ.Krılovun təmsilləri və müasir dövr» adlı bayram tədbiri keçirilib. 100-dən artıq məktəbliyinin iştirak etdiyi tədbirdə ədibin «Kvartet», «Cırcırama və qarışqa», «Meymun və güzgü», «Qurd və quzu», «Tülkü və üzüm», «Qu quşu, durna balığı və xərçəng», «Fil və toplan» və digər əsərləri səhnələşdirilib.

    Təmsillərin süjetləri müasir dövrlər əlaqələndirilərək səhnələşdirilmişdi, bir çox qəhrəmanlar tanındığından tamaşaçıların gülüşünə səbəb olurdu. Gənc aktyorlar təmsillərin qəhrəmanlarının libasında çıxış edirdilər. Səhnəciklər üçün rəngarəng dekorasiyalar hazırlanmışdı.

    Dekabrın 18-də 46 saylı ümumtəhsil məktəbində N.Nosovun əsərləri əsasında «Neznayka və onun dostları» adlı musiqili kompozisiya hazırlanmışdı. Tamaşaçılar qarşısında uşaqların sevimli qəhrəmanlarından ibarət böyük bir qalereya canlanmışdı. Məktəblilərin çıxışları müxtəlif musiqi əsərləri, sevimli uşaq mahnıları, rəqsləri müşayiət olunurdu. Bütün iştirakçılar orijinal kostyumlarda çıxış edirdilər.rimm

    Dekabrın 19-da 43 saylı liseydə L.N.Tolstoyun «Hacı Murad» və Q.M.Hüseynovun «Hacı Murada 120 sual» əsərlərinə həsr olunmuş ədəbi gecə keçirilib. Gecədə L.N.Tolstoyun gənclik dövründə Qafqazda olmasının onun yaradıcılığa və dünyagörüşünə təsiri; dahi yazıçı tərəfindən qəddarlığın, «zülmə müqavimət göstərməmə»nin inkar olunması; L.N.Tolstoyun humanist ideyalarının müasir yazıçıların yaradıcılığında əksi və s məsələlər işıqlandırılıb.

    Məktəblilərin ifasında «Hacı Murad» əsərindən səhnəciklər nümayiş olunub, məharətlə hazırlanmış kostyumlar və dekorasiyalar sayəsində səhnədə həmin dövrün ab-havasını yaradılıb.

    Dekabrın 21-də Bakının Xətai rayonundakı 63 saylı məktəbdə müxtəlif oyunlardan, idrak metodlarının istifadə edilməklə, İ.Krılovun 200 illik yubileyinə həsr olunmuş açıq dərs keçirilib. Məktəblilər üç qrupa bölünüb ki, onların da məqsədi aşağıdakı müsabiqələr vasitəsilə şairin təmsillərini nə dərəcədə bildiklərini nümayiş etdirməli idilər: təmsilin səhnələşdirilməsi; təmsilin ifadəli qiraəti, İ.Krılovun əsərlərinə dair ən yaxşı rəsm əsəri; şairin tərcümeyi-halını daha yaxşı bilicisi şagird; İ.Krılovun əsərlərinə rəsm çəkmiş rəssamların ən yaxşı bilicisi.

    Açıq dərs maraqlı, canlı keçib və məktəbliləri rus ədəbiyyatının daha dərindən öyrənilməsinə istiqamətləndirib.

    Dekabrın 22-də Azərbaycan dilli 80 saylı orta məktəbdə «M.Y.Lermontov lirikasının mənim həyatımda yeri» adlı rus poeziyası bayramı keçirilib. Məktəblilər rus dilinə dərindən yiyələndiklərini nümayiş etdiriblər. Tədbirdə ədibin «Mtsıri», «Yelkən», «Mən Bayron deyiləm…», «Vətən», «Borodino» və s əsərlərindən parçalar səsləndirilib. Şeirlər uşaqlar üçün yazılmış populyar mahnılarla müşayiət olunurdu.

    “Ədəbi əsərlər – 2009-cu ilin yubilyarları” layihəsi çərçivəsində keçirilən tədbirlər üzvi olaraq Rusiyada Cənglər ili və Azərbaycanda Uşaq ili mövzuları ilə ahəngdarlıq təşkil edirdi.

     

    rimm

    rimm

    rimm

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100