Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycanın gənc jurnalistləri və ali məktəblərin jurnalistika fakültələrinin tələbələri arasında üçüncü müsabiqə elan edir
    Çap versiyası | Baxılıb 1353

    Müsabiqəyə yazılar aşağıdakı mövzularda rus dilində təqdim olunur:

    1. Rusiya-Azərbaycan: sülh və sabitlik naminə strateji tərəfdaşlıq.

    2. Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümü münasibəti ilə: “Böyük Vətən müharibəsində Qələbə heç vaxt yaddan çıxmayacaqdır”.

    3. Müasir Azərbaycanda rus dilinin rolu.

    Müsabiqəyə gənc jurnalistlərin (30 yaşınadək) və jurnalistika fakültələrinin tələbələrinin verilən mövzularda məqalələri və ya fotosüjeyləri qəbul olunur.

    Müsabiqə işləri elektron şəkildə qəbul olunur: məqalələr -10.000 rəmzədək, fotosüjetlər -azı 10 fotoşəkil olmaqla ayrıca elektron daşıyıcılarda təqdim olunmalıdır.

    Müsabiqədə iştirak etmək üçün aşağıdakılar təqdim edilməlidir:

    1. Müəllif barədə məlumatlar (adı və soyadı, işlədiyi və ya təhsil aldığı yer, telefon nömrəsi).

    2. Müsabiqəyə təqdim olunan material.

    Müsabiqə işləri və məlumat 2009-cu il dekabrın 15-dək Rusiyanın Azərbaycandakı səfirliyinə - AZ1022, Bakı şəhəri, Bakıxanov küşəsi, 17 ünvanına göndərilməlidir. Telefon nömrəsi: 4955300, faks: 4981446, e-mail: embrus@embrus-az.com (A.X.Matiyeva üçün).

    Müsabiqə ilə əlaqədar məlumatları Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən 4955300 nömrəli telefon vasitəsilə (A.X.Matiyeva), yaxud səfirliyin www.embrus-az.com saytından öyrənmək olar.

    Müsabiqənin qaliblərinə fəxri diplomlar və birinci, 2 ikinci, 3 üçüncü və həvəsləndirici mükafatlar təqdim olunacaqdır.

    Müsabiqəyə təqdim olunan ən maraqlı məqalələrin ayrıca toplu şəklində dərc edilməsi, fotoşəkillərin isə xüsusi təşkil olunacaq sərgidə nümayiş etdirilməsi planlaşdırılır.

    Təşkilat komitəsi.

     

    Azərbaycanın gənc jurnalistləri və ali məktəblərin jurnalistika fakültələrinin

    tələbələri arasında üçüncü müsabiqənin

     

    ƏSASNAMƏSİ

    Müsabiqənin təsisatçısı:

    Rusiyanın Azərbaycandakı səfirliyi.

    Müsabiqənin məqsədi:

    1) “Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər”

    2) “1941-1945-ci illər Böyük Vətən müharibəsi ilə bağlı hadisələri”

    3) “Müasir Azərbaycanda rus dilinin rolu”

    mövzularını öbyektiv və yaradıcı şəkildə içıqlandıran gənc jurnalistləri və jurnalistika fakültələrinin tələbələrini dəstəkləmək.

    Müsabiqənin iştirakçıları:

    Azərbaycan KİV-lərinin gənc jurnalistləri (30 yaşınadək) və Azərbaycan ali məktəblərinin jurnalistika fakültələrinin tələbələri (məqalələr, fotosüjetlər).

    Müsabiqənin şərtləri:

    Müsabiqə işləri elektron şəkildə qəbul olunur: məqalələr -10.000 rəmzədək, fotosüjetlər -azı 10 fotoşəkil olmaqla ayrıca elektron daşıyıcılarda təqdim olunmalıdır.

    Müsabiqə materiallarının qəbulunun qaydaları və müddəti:

    Materiallar 2009-cu il dekabrın 15-dək elektron şəkildə qəbul olunur.

    Müsabiqədə iştirak etmək üçün aşağıdakılar təqdim edilməlidir:

    3. Müəllif barədə məlumatlar (adı və soyadı, işlədiyi və ya təhsil aldığı yer, telefon nömrəsi).

    4. Müsabiqəyə təqdim olunan materiallar.

    Müsabiqə işləri Rusiyanın Azərbaycandakı səfirliyinin, MDB-nin, xaricdə yaşayan həmvətənlərin işləri və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin, Həmvətənlərin Əlaqələndirmə Şurasının, Rusiya informasiya agentliklərinin və Azərbaycan QHT-lərin, Azərbaycan ictimai xadimlərin və jurnaslitlərinin daxil edildiyi komissiya tərəfindən qiymətləndiriləcəkdir.

     

    Komissiyaya Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin başçılıq edəcəkdir.

    Yekunlar və mükafatlar:

    Müsabiqəyə 2009-cu ilin dekabrında jurnalistlərin və Azərbaycan ictimai dairələrinin geniş iştirakı ilə yekun vurulacaqdır.

    Müsabiqənin qaliblərinə aşağıdakı mükafatlar təqdim olunacaqdır:

    *Birinci mükafat (1) –600 dollar;

    *İkinci mükafat (2)-400 dollar;

    *Üçüncü mükafat (3)-200 dollar;

    *Həvəsləndirici mükafat (10)-100 dollar.

    Təşkilat komitəsinin ünvanı:

    Bakı şəhəri, Bakıxanov küçəsi, 17.

    Rusiyanın Azərbaycandakı səfirliyi – www.embrus-az.com, e-mail: embrus@embrus-az.com

    Əlaqətelefonu: 495-53-00 (səfirliyin mətbuat katibi Anjela Matiyeva), faks: 498-14-46

     

    Azərbaycan jurnalistlərinin üçüncü müsabiqəsinin komissiyasının tərkibi:

    1.Doroxin Vladimir Dmitriyeviç – Rusiyanın Azərbaycandakı səfiri

    2.Abdullayeva Raisa Borisovna – “Sodrujestvo” ədəbi birliyinin sədri

    3.Qritçenko Aleksandr Aleksandroviç – Azərbaycan müharibə veteranları bölməsi sədrinin birinci müavini

    4.Mayorov Veniamin Stepanoviç - Moskva Dövlət Açıq Universitetinin Bakı filialının prorektoru, Azərbaycandakı rus icması sədrinin birinci müavini

    5.Məmmədzadə Gülnarə - “Novosti-Azərbaycan” informasiya agentliyinin rəhbəri

    6.Matiyeva Anjela Xuseynovna – Rusiyanın Azərbaycandakı səfirliyinin press-attaşesi

    7.Məcidov Şamil Curxanoviç - “İzvestiya-Azərbaycan” layihəsinin əlaqələndiricisi

    8.Rauf Həsənov –Rusiya “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Bakı filialının direktoru.

    9.Fikrət Rzayev –Rusiya “Rus dünyası” Fondunun Bakıdakı “Rus Mərkəzi”i filialının rəhbəri.

    10.Şeyxov Ənvər Maqomedəliyeviç – Azərbaycandakı Rusiya İnformasiya – Mədəniyyət Mərkəzinin rəhbəri

    11.Yusupova Lalə Rəşidovna - Azərbaycan Dövlət Teleradio Şirkətinin xəbərlər departamentinin beynəlxalq teleproqramları baş redaktorunun müavini.

     

    Digər xəbərlər:


    » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı föv ...
    » Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi vizalar ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.D.Doroxin Rusiya-Azər ...
    » Xrax-oba və Uryan-oba kəndlərində yaşayan Rusiya vətənd ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...
    » Rusyanin Azərbaycandakı səfiri V.Doroxin “Müasir xalça” ...
    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin Bakı şəhərini ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100