Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    RİMM-də populyar yazıçı-fantast Aleksandr Xakimovla görüş
    Çap versiyası | Baxılıb 451

    xakimovYanvarın 26-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycanda yaşayıb-yaradan rusdilli yazıçı-fantast Aleksandr Xakimovun yaradıcılıq gecəsi keçirilib.

    Tədbirdə məşhur ədəbiyyatçılar, musiqiçilər, müxtəlif incəsənət növlərinin nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

    Yaradıcılıq gecəsinin iştirakçıları böyük diqqət və maraqla A.Xakimovun çıxışını dinləyərək, yazıçıya onun yaradıcılığı ilə bağlı suallar ünvanlayıblar.

    Elə həmin tədbirdə fantastın, artıq Bakıda əsl bestsellerə çevrilmiş «Günorta çağı uzun kölgələr» adlı kitabının təqdimatı keçirilib.

    Tədbirdə peşəkar avanqard-bəstəkar Elxan Məmmədovun «Kainatın ritmləri» mövzusunda musiqisi ifa olunub. A.Xakimov bu musiqini «musiqi fantastikası» adlandırıb.

    Bundan əlavə, A.Xakimovun öz ədəbi əsərlərinə epiqraf kimi istifadə etdiyi, bakılı bard Samir Rəcəbovun öz şeirlərinə yazdığı mahnılar müəllifin ifasında səsləndirilib.

     

    xakimov

     

    xakimov

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100