Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
  • Əlaqə
  •      
  • Fotolent

  •  
         

     
         
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    RİMM-in Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə bağlı layihələri çərçivəsində ilk tədbirin keçirilməsi barədə
    Çap versiyası | Baxılıb 276

    rimm2010-cu il fevralın 12-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) RİMM-in Böyük Vətən müharibəsində Qələbənin 65-illiyi ilə bağlı layihələri çərçivəsində ilk tədbir – rus dilli məktəblər arasında «İlin ən yaxşı məktəbi» və «İlin ən yaxşı müəllimi» baxış-müsabiqələri keçirilib.

    RİMM-in Bakı Şəhər Baş Təhsil İdarəsi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyası ilə birlikdə təşkil etdiyi tədbirdə Rusiyanın Azərbaycandakı Səfirliyinin, Müəllimləri Təkmilləşdirmə İnstitutunun nümayəndələri, direktorlar, metodiki birləşmə rəhbərləri, Bakı, Sumqayıt, Şamaxı və Masallının ümumtəhsil məktəblərinin, lisey və gimnaziyalarının rus dili müəllimləri iştirak ediblər. Qonaqlar adı çəkilən layihələr çərçivəsində keçirilməsi nəzərdə tutulmuş əsas tədbirlərlə tanış olublar.

    Həmin tədbirlərin əsas tərkib hissəsi 8-11-ci sinif şagirdləri arasında rus dili və ədəbiyyatı üzrə Böyük Vətən müharibəsində Qələbəyə həsr olunmuş olimpiadanın və «Heç kim unudulmur, heç nə yaddan çıxmır» layihəsinin həyata keçirilməsidir.

    Bütün tədbir iştirakçılarına adı çəkilən layihələr barədə geniş məlumat toplanmış qovluqlar paylanıb. Görüşün sonunda «Heç kim unudulmur, heç nə yaddan çıxmır» layihəsinin iştirakçısı olan hər bir məktəbin tarixini öyrənəcəyi qəhrəman-şəhərlərin və bu şəhərlərə xatirə marşrutlarının müəyyən olunması üçün püşkatma keçirilib.

    Gecənin bədii hissəsində 160 saylı gimnaziyanın, 145 saylı məktəbin, Bakı Slavyan Universitetinin Humanitar Liseyinin şagirdləri Böyük Vətən müharibəsinə həsr olunmuş mahnılar ifa edib, şeirlər söyləyiblər.

     

    rimm

     

    Digər xəbərlər:


    » Azərbaycan gənclər təşkilatları fəallarının görüşü
    » Dəyirmi masa: “Mixail Bulqakov. Həyat və yaradıcılığı”
    » Rusiya Səfirinin Qafqaz müsəlmanları İdarəsinin Sədri i ...
    » Əziz dostlar, Icazə verin Sizi Azərbaycan jurnalistikas ...
    » Smolensk torpağının şairi




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100