Warning: curl_exec() has been disabled for security reasons in /var/www/embrus/public_html/aze/engine/classes/rss.class.php on line 109  Məşhur tatar (sovet) şairi Musa Cəlilin xatirə gecəsi » Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
  Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Məşhur tatar (sovet) şairi Musa Cəlilin xatirə gecəsi
    Çap versiyası | Baxılıb 574

    Musa Cəlilin rimmCari ilin fevralın 15-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Böyük qələbənin 65 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli sovet şairi, Böyük Vətən müharibəsi illərində yazılmış şeirlər silsiləsi - «Moabit dəftəri»nin müəllifi Musa Cəlilin xatirə gecəsi keçirilib.

    Tədbir Rusiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, Azərbaycanın Rusiyalı Həmvətənlərinin Əlaqələndirmə Şurasının yeni seçilmiş sədri G.K.Myasoutovanın rəhbərlik etdiyi «Tuqan tel» Respublika Tatar Mədəniyyəti Cəmiyyəti ilə birlikdə təşkil olunub.

    Məlum olduğu kimi müharibədən əvvəl M.Cəlil Kazan şəhərində yaşayıb və burada Tatarıstan Yazıçılar İttifaqına rəhbərlik edib. Müharibənin ilk günlərindən şair könüllü olaraq cəbhəyə yola düşüb və baş komissar rütbəsində döyüşüb.

    Alman faşistlərinə qarşı mübarizədə göstərdiyi müstəsna mərdlik və cəsarətinə görə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına, «Moabit dəftəri» şeirlər silsiləsinə görə isə Lenin mükafatına layiq görülüb.

    Tədbir əsnasında Bakı Slavyan Universitetinin mütəxəssisləri şairin ədəbi irsindən söz açıblar, «Tuqan tel»in gənc fəalları isə M.Cəlilin tatar, rus və Azərbaycan dillərində şeirlərini söyləyiblər.

    Xatirə gecəsində Həmvətənlərin Əlaqələndirmə Şurasının üzvləri, həmvətən təşkilatları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Tədbir haqqında reportaj «Lider» telekanalı vasitəsilə yayımlanıb.

     

    rimm

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100