Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    RİMM-də Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar rus dili və ədəbiyyatı üzrə Olimpiada keçirilib
    Çap versiyası | Baxılıb 587

    Fevralın 24-25-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanın rus dilli orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar rus dili və ədəbiyyatı üzrə Olimpiada keçirilib. «Rossotrudniçestvo»nun Azərbaycandakı Nümayəndəliyi tərəfindən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rus İcması, Azərbaycanın Rus Dilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyası fəal iştirak ediblər.

    Olimpiadada Bakı, Sumqayıt, Xaçmaz, Masallı şəhərləri və İsmayıllı rayonu İvanovka kəndi məktəblərinin 8-11-ci sinifdə oxuyan 150-yə qədər ən yaxşı şagirdləri iştirak ediblər.

    Olimpiadanın açılışında rayon təhsil şöbələri, məktəblərin pedaqoji kollektivləri adından təbriklər səsləndirilib. Bakı şəhəri 145 saylı orta məktəbin şagirdləri Böyük Qələbənin 65 illiyinə həsr olunmuş ədəbi kompozisiya nümayiş etdiriblər.

    Olimpiadanın birinci mərhələsində şagirdlər RİMM-in rus dili üzrə metodiki mərkəzində xüsusi olaraq test və çalışma formasında hazırlanmış, məntiqi düşüncə və yaradıcı yanaşma tələb edən tapşırıqları yerinə yetiriblər.

    Növbəti mərhələ iştirakçılardan rus ədəbiyyatı sahəsində dərin biliklər və onları yaxşı nümayiş etdirmək bacarığı tələb edib. Bundan əlavə, şagirdlərə M.Şoloxovun «İnsan taleyi» əsəri əsasında çəkilmiş kinofilmdən parçaya əvvəlcədən tamaşa edərək həmin parça əsasında esse yazmaq tapşırığı verilib.

    Olimpiadanın keçirilməsində əsas məqsəd: şagirdlərin rus dili və ədəbiyyatının, Böyük Vətən müharibəsində Qələbənin tarixinin öyrənilməsinə marağının artırılması; orta ümumtəhsil müəssisələrinə şagirdlərin rus dili və ədəbiyyatı fənni üzrə gələcək hazırlığında dəstək göstərmək; sinifdənkənar işin müxtəlif formalarının inkişaf etdirilməsi olub.

    Olimpiadaya yekun vurulduqdan sonra qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaq, ən fəal məktəblərə isə rus dili kabinetlərinin tərtibatı üçün metodiki ədəbiyyat və əyani vəsait komplektləri təqdim olunacaq. Ən yaxşı nəticə göstərmiş şagirdlərin Rusiyaya səfər edəcək ekskursiya qrupuna daxil edilməsi tövsiyə olunacaq.

     

    rimm

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100