Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı  
     
  • Fotolent

  •  
         
         

     
         
         
         
         

     
         
         
         

     
         
         
         
         

     
         
         
         
         
         
         
         
         
         

     
         
         


    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində A.P.Çexovun 150 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib
    Çap versiyası | Baxılıb 547

    rimmFevralın 27-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus yazıçısı Anton Pavloviç Çexovun 150 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib.

    RİMM tərəfindən təşkil olunmuş tədbirdə Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinin, həmvətənlərin təşkilatlarının, Bakı Slavyan Universitetinin, mətbuatın nümayəndələri və yaradıcı ziyalılar iştirak ediblər.

    RİMM-in sərgi-konsert zalında «Rossotrudniçestvo» tərəfindən təqdim olunmuş «Çexov Rusiyası» adlı foto-sərginin açılışı olub. Sərginin əsasını rusiyalı kolleksiyaçı V.Belikovun topladığı materiallar təşkil edir.

    Yazıçının ədəbi irsinin öyrənilməsi üzrə tanınmış tədqiqatçı, professor R.Quliyeva və dosent F.Muradova öz çıxışlarında A.P.Çexovun yaradıcılığının müasir dünya ədəbiyyatının, teatr sənətinin inkişafına təsiri mövzusunu işıqlandırıblar.

    Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti A.Şarovski A.P.Çexovun «Qağayı» pyesinin teatrda səhnələşdirilməsindən öncəki yaradıcılıq axtarışlarından bəhs edib.

    SonraAzərbaycanın əməkdar artisti N.Şarovskaya və gənc aktyorların ifasında yazıçının ölməz əsəri əsasında qoyulmuş tamaşadan parçalar nümayiş etdirilib.

    A.P.Çexovun yaradıcılığı ilə canlı ünsiyyət tamaşaçıların rəğbətinə səbəb olub.

    Tədbirdən reportaj AzTV dövlət televiziya kanalı vasitəsilə yayımlanıb.

     

    Digər xəbərlər:


    » Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin rusiyalı tari ...
    » Rusiyanın Azərbaycandakı səfiri Rusiyanın “Dobromed” kl ...




      Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi saytı
    Bütün hüquqlar qorunur! © 2009
    Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
    Hazırlanma : Bəhlul Əsgərov
    Rambler's Top100